Əli Əhmədovun oğlu Bakıda koronavirus xəstələrini könüllü müalicə edir

OXUNUB: 953 GÜNDƏM SOSİAL
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, həkim uroloq, tibb üzrə fəlsəfə doktoru Fikrət Əhmədov könüllü olaraq koronavirusu müalicə edən həkimlərlə birgə işləyir.

7NEWS.az məlumat verir ki, F.Əhmədov könüllü olaraq koronavirusu müalicə edən həkimlərlə birgə işləmək istəyərkən buna icazə verilməyib.

Həkim buna icazə verilməyəcəyi təqdirdə, işdən çıxmaq üçün ərizəsini yazacağını bildirib.
 
Daha sonra onun könüllü işləməsi üçün lazımi şərait yaradılıb. Hazırda o, digər həkimlərlə birgə koronavirusa yoluxanları müalicə edir.

RƏYLƏR