Əli Həsənov cəbhədə baş verənlərdən danışdı

OXUNUB: 52 SİYASƏT
"Ermənistanın təcavüzkar siyasəti daim davam edib. Onlar heç vaxt bu siyasətə ara verməyiblər. Sadəcə olaraq, bəlli məqamlarda bir az geri çəkilib, öz mövqelərini gizlətməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışıblar".

 
İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib.
 
Ə. Həsənov bildirib ki, Ermənistan ötən əsrin 90-cı illərdən başlayaraq, bu günə qədər təxribatları davam etdirib: "Onlar davamlı olaraq, xüsusən də beynəlxalq səviyyədə danışıqların intensivləşdiyi, status-kvonun aradan qaldırılması ilə bağlı beynəlxalq aləmin səylərinin artdığı vaxtlarda təxribatlara əl atırlar, cəbhədə qarşıdurmanı gücləndirməyə çalışır, bu fonda həm beynəlxalq aləmdə anti-Azərbaycan mövqelərini gücləndirməyə cəhd edir, həm də əhalinin Ermənistan hakimiyyətinə olan narazılığını ört-basdır etmək məqsədi güdürlər. Ona görə də biz hazırda cəbhədə baş verənləri də əvvəlki təxribatlar kimi, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi kimi dəyərləndirir, buna belə yanaşırıq".
 
İcmal.Az

RƏYLƏR