"Əli Həsənov üzərinə düşən işi şərəflə gördüyünə görə hədəf seçilib" - Səbuhi Abbasov

OXUNUB: 2407 GÜNDƏM Seçilmiş Önəmli

"Bu il Azərbaycan üçün olduqca vacib və strateji il kimi yadda qalacaq. Bu il ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bəli, bu tarixi hadisədir. Çünki xalq öz taleyini, öz müqəddəratını həll edir”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, amma təəssüflər olsun ki, bu seçkilər öncəsi də "ənənəvi" kampaniyalar başladı: "Məsələyə tam geniş prizmadan yanaşsaq görərik ki, iki əsas təhlükə mənbəyi var:

1. Müsəlman ölkələrinin viran edilməsi ilə bağlı aparılan çirkli oyun.

2. Erməni lobbisinin maşasına çevrilən bəzi uzdəniraq özümüzkülər. Hər ikisi təhlükəli və dağıdıcı niyyətlə böyüyüblər. Bu mənada onlardan hansısa geri addım gözləmək əbəsdir. Lakin bu il Azərbaycan höküməti seçkiləri 6 ay öncəyə çəkməklə anti-Azərbaycan qüvvələrinin hələ yayda alacaqlarını planlaşdırdıqları layihələr, maliyyələr puça çıxdı. Məhz buna görə bu qüvvələr aqressivləşdilər və söyüş, tualet müxalifətçiliyinə keçdilər. Məsələnin ən maraqlı tərəfi isə odur ki, onlar ilk olaraq Prezident İlham Əliyevi, ikinci isə Prezidentin köməkçisi Əli Həsənovu hədəfləyiblər. İlham Əliyev artıq dünyada sözünü demiş, ciddi qlobal problemlərin həllini realizə edə bilən lider kimi tanınır. Bu mənada anti-Azərbaycan qüvvələr çox gözəl bilir ki, İlham Əliyev kimi siyasətçinin idarə etdiyi dövləti dağıtmaq asan olmayacaq. Bu mənada içimizdəki bəzi satqınlardan istifadə edərək ictimai rəyə təsir göstərmək istəyirlər.

Başqa bir sual ortaya çıxır: Niyə məhz həm də Əli Həsənov? Bu sualın cavabını bir çox formada vermək olar. Amma ən başlıcası onun xalqa, millətə, dövlətə və ən əsası prezidentə olan sədaqəti və bu prinsiplərdən doğan siyasi peşəkarlığıdır. Məhz Əli Həsənovun illərlə öz üzərinə düşən işi şərəflə icra etdiyinə görə Azərbaycanda sağlam jurnalistika, sağlam vətəndaş cəmiyyəti formalaşıb. Ana, bacılarından imtina edənlərə kimsə və yaxud kimlərsə mütləq şəkildə deyib ki, Əli Həsənovun nüfuzunu cəmiyyətdə ləkələmək lazımdı. Mən isə deyirəm ki, bu gün media, bütövlükdə III sektor və IV hakimiyyət Əli Həsənovdan hələ çox yeniliklər, dəstəklər gözləyirlər. Bu dövlət bizimdir, bizim gələcəyimizdir. Biz hər şeyi elə dövlətin üzərinə atmamalıyıq. Hər kəs öz imkanları daxilində xarici hücumlara elə onların öz üslublarında cavab verməliyik. Söyüşə söyüş, döyüşə döyüş! Mən 3 gün öncə Rusiyada oldum, "İlham Əliyev - Dünya Azərbaycanlılarının Lideri" foto aksiyasını reallaşdırdım. Bu aksiyanı Avropada davam etdirəcəm. Gücüm hara kimi çatırsa ora kimi də gedəcəm”.

Müəllif: Ceyhun Rasimoğlu

RƏYLƏR