Əli Həsənov: Yeni sədrə kömək etməyə hazıram

OXUNUB: 599 SİYASƏT

Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsində hər ayın 15-i qəbul günüdür. Dövlət Komitəsi məcburi köçkün soydaşlarımızın rəsmi müraciət yeri olduğu üçün həmin günlərdə iştirakçıların çox sayda olması normal haldır və bu proses 20 ildən artıq bir müddətdə mütəmadi davam edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, bunu baş nazirin müavini Əli Həsənov "Yeni Müsavat” qəzetində dərc olunmuş yazıya münasibət bildirərkən deyib. 

Qeyd edək ki, qəzetin 16 may 2018-ci il tarixli sayında dərc olunmuş "Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı” başlıqlı yazı dərc olunub. Yazıda vurğulanıb ki, Ə.Həsənov köçkünlərin "Qaçqınkom”un qarşısına toplaşmasının təşkil edib.

"Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin edib və hamı kimi, mən də bu təyinatı çox uğurlu sayaraq ona hörmətlə yanaşıram.

Yeni sədrə bildirmişəm ki, nə vaxt mənim məsləhətimə və yardımıma ehtiyacı olsa, hər zaman ona kömək etməyə hazıram”, - deyə Ə. Həsənov vurğulayıb.

İcmal.Az

RƏYLƏR