Əli Həsənova qarşı şok korrupsiya ittihamı-Almaniyada şəhərcik salıb

OXUNUB: 5418 GÜNDƏM Seçilmiş Önəmli
AzEuroNews.com ► ► ► Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Almaniyada şəhərcik salıb. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyada fəaliyyət göstərən "Legat” hüquq firmasının rəhbəri, tanınmış hüquqşunas Əlövsət Əliyev yazdığı "Azərbaycanın və büdcənin Əli Həsənov problemi” məqaləsində qeyd edib.

 

 
"Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev
Məqalədə "Qaçqınkom” sədrinin qaçqın və məcburi köçkünlərin sayını süni olaraq şişirtməsindən tutmuş, onlara ayrılan dövlət vəsaiti hesabına Almaniyada şəhərcik salması və s. korrupsiya cinayətləri detallı şəkildə qeyd olunub.

AzEuroNews.com sözügedən məqalədən bəzi önəmli hissələri diqqətinizə çatdırır:

► ► ► "Noyabrın 21-də Milli Məclis 2018-ci ilin dövlət büdcəsi haqqında layihəsinin müzakirəsinə başlayıb. Büdcə layihəsini maliyyə naziri Samir Şərifov təqdim edib.

Layihədə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin maliyyələşdirilməsi üçün dövlət və icmai büdcələrdə bütövlükdə 487 milyon manat vəsaitin artırılması nəzərdə tutulub. Bu da 2017-ci il ilə müqayisədə 49,5 % və ya 161 milyon manat çoxdur.

Azərbaycan mediasının yaydığı məlumata əsasən, Milli Məclisin plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı Baş Nazirin müavini Əli Həsənov deyib: "Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı təbii artımla 1 milyon 200 minə çatıb. Qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunmasına indiyədək 6,1 mlrd. manat vəsait sərf olunub. Bu, həm büdcə, həm Dövlət Neft Fondu və həm də beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsaitlərdir. Bu vəsaitlər hesabına 95 müasir qəsəbə tikilib, 250 min qaçqın və məcburi köçkün yeni mənzillə təmin olunub, 350 min qaçqın və məcburi köçkünün isə köçürülməsinə ehtiyac var”.
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov / foto: APA Holding
 
 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov / foto: APA Holding
Məcburi köçkünlərin statusunun və onlar üçün nəzərdə tutulan güzəştlərin ləğvi ilə bağlı fikirlərə də toxunan Ə. Həsənov həmçinin bildirib ki, bu Azərbaycanın daxili işidir və kimsə buna müdaxilə edə bilməz:"Azərbaycan əhalisinin hansı təbəqəsinə güzəşt verir, hansı hissəsinə yox, bunu dövlət bilər. Bu açıqlamalar qaçqın və məcburi köçkünlərdə narazılıq yaradıb. Onları niyə incitməliyik?”

Maraqlıdır ki, həmin məqamda dövlət rəsmisi bu fikirləri söyləməklə məcburi köçkünlərin həyat və yaşayışına dövlət "qayğısını” önə çəkir, hətta deputatları qorxutmaqdan belə çəkinmir. Sanki "Baxın, veriləcək qərarın arxasında hansı sosial narazılıqların baş qaaldıracağını görün!” mesajını açıq-aşkar əlində bayraq edir!

► Bu yerdə bir fakta diqqət yetirək: Son 20 ildə isə məcburi köçkünlərə milyardlarla manat ( 6,1 milyard dollar) xərclənib.

Məcburi köçkünlər və qaçqınlarla bağlı baş verən prosesləri, bu sahədə başqa ölkələrin təcrübəsini, Əli Həsənovun çıxışını və ən nəhayət hökumətin 2018-ci il üçün təqdim etdiyi "Büdcə paketini”nin layihəsini nəzərdən keçirərək düşünürəm ki, "Qaçqınkom” rəhbəri xüsusi həyasızlıq və azğınlıqla, utanmadan ölkə başçısını, deputatları, məcburi köçkünləri və ən əsası Azərbaycan xalqını uzun illərdir aldatmaqda davam edir”

Bu aldatma və yalanlar aşağıdakılarla ifadə olunur:

Əli Həsənov qaçqın və məcburi köçkün adı ilə alver edir. Onun rəhbərlik etdiyi təşkilat bu günədək bir nəfər də olsun qaçqının müdafiəsi və ya himayəsi ilə məşğul olmayıb və indi də məşğul deyil! Ümumiyyətlə, Azərbaycanda məskunlaşan qacqınlar yəni Ermənistandan olan azərbaycanlılar və Orta Asiyadan köçürülən axıska türkləri idilər ki, onlar da 1998-ci il oktyabr ayından Azərbaycan Respublikasının vətəndaşı kimi tanınıblar. Həmin vaxtdan da Əli Həsənovla və onun rəhbərlik etdiyi qurumla qaçqınların bağlılığı qalmayıb. Mövcud qanunvericiliyə görə, Azərbaycanda qaçqınların problemləri ilə Dövlət Miqrasiya Xidmət məşğuldur. Qaçqınlar üçün nəzərdə tutulan bütün xərclər (inteqrasiya, məskunlaşma, müvəqqəti yaşayış yeri ilə təmin etmə və sair) dövlət büdcəsindən həmin təşkilata ayrılır, müvafiq tədbirlər də həmin təşkilat tərəfindən həyata keçirilir.
Əli Həsənovun rəhbərlik etdiyi təşkilat- 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600 – dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmış (www.refugees-idps-committee.gov.az/az/pages/1.html) məcburi köçkünlərlə bağlı fəaliyyət göstərir. Verilən məlumatdan da göründüyü kimi Əli Həsənov onların sayını 700 min nəfərədək (?) göstərib. Parlamentdəki müzakirələrdə isə Əli Həsənov qaçqınlardan və məcburi köçkünlərdən danışır və onların sayının 1,2 milyon olduğuna diqqət çəkir, Dövlət büdcəsindən 1, 2 milyon nəfər qaçqın və məcburi köçkün üçün vəsait ayrılmasını istəməklə "dələdüzluq” əməllərini davam etdirmək istəzir.
Əli Həsənovun rəhbərlik etdiyi qurumun saytından göründüyü kimi Azərbaycanda məcburi köçkünlərin sayı 700 min nəfərədəkdir (nəfərədək sözü onu göstərir ki, bu rəqəm də şübhəlidir. Əli Həsənov isə heç bu rəqəmin dəqiləşdirilməsində maraqlı da deyil, ya da 24 ildə hələ də onların sayını hesablaya bilməyib(?!)!
Digər maraqlı məqam: 700 min nəfər üçün bu vaxta kimi dövlət büdcəsindən 6, 1 milyard vəsait ayrılıb(?!) 6, 1 milyardı 700 min məcburi köçkün arasında böləndə nə qədər etdiyinin yəqin ki, fərqindəsiniz?! Bu məbləg birbaşa onların hesablarına köçürülsə indi ölkədə heş şübhəsiz ki, məcburi köçkünlərin sayı qədər milyonçu ola bilərdi.
Əgər son 24 il ərzində Azərbaycanda bir nəfər də olsun yeni məcburi köçkün qeydiyyata alınmayıbsa, bu illər ərzində əvvəlki yaşayış yerini məcburi dəyişmiş şəxslərin sayı azalmaq əvəzinə artıbsa, sözügedən şəxslərə ayrılan vəsaitin məbləğı də durmadan yüksəlməkdə davam edirsə, bu, ona işarədir ki, büdcə qanununun müəllifləri də, onu müzakirə edənlər və səs verənlər də Azərbaycanın düşmənləridir.

"Dünya təcrübəsində hətta ən savadsız qaçqın 5 il müddətinə inteqrasiya olunur və ona sosial yardımların verilməsi dayandırılır”

Bəs büdcədən ayrılmış bu vəsaitlər hara xərclənib?! Bəs görəsən nə üçün Əli Həsənovun çıxışındakı rəqəqmlərə inansaq 95 müasir qəsəbədə məskunlaşanlar və 250 min mənzillə təmin olunan məcburi köçkünlərin adları inteqrasiya olunmuş şəxs kimi məcburi köçkün siyahısından çıxarılmır?! Dünya təcrübəsində hətta ən savadsız qaçqın 5 il müddətinə inteqrasiya olunur və ona sosial yardımların verilməsi dayandırılır. Əsas inteqrasiya probleminin dillə bağlı olmasını nəzərə alsaq Əli Həsənovun məcburi köçkünlərinin bu problemi də yoxdur, çünki onlar hamisi Azərbaycan dilini bilən şəxslərdir.

► Əli Həsənov özünü "lotu” kimi aparır

Əli Həsənov məcburi köçkünlərlə bağlı qanunların tətbiqi və icrası zamanı özünü "qanuni oğru” kimi göstərə bilməsə də, çox rahatca "lotu” kimi aparır! Belə ki, o tutduğu vəzifəsindən sui-istifadə etməklə, qanuna zidd şəkildə məcburi köçkün statusunun irsən ötürülməsinə nail olur (məcburi köçkünlərdən doğulan şəxsləri məcburi köçkün hesab edir və onlar üçün də büdcədən vəsait ayrılmasına nail olur), qanunda nəzərdə tutulmamasına baxmayaraq humanitar təşkilatlar müəyyən edir və o humanitar təşkilat hesab etdiyi qurumların vergidən yayınmasına nail olur! Bəzi təşkilatların adına gələn nəqliyyat vasitələrini gömrük rüsumlarından yayındırır və bütün bunları özünün şəxsi və ya yaxınlarının büdcəsinin genişlənməsinə sərf edir. Yəni mövcud qanunların "yanından keçərək”, eynən "lotular” kimi öz qaydalarını rahatca ən yüksək səviyyədə tətbiq edə bilir!
►►► 7. Əli Həsənovun Azərbaycanda mənimsədiyi vəsaitin bir hissəsini yeznəsi Elman İsmayılov vasitəsi ilə Almaniyanın Hamburq şəhərinə də çatdıra bilib və artıq burada aldığı şəhərciyin təmirinə də başlayıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Agır cinayərlərə dair İşlır üzrə istintaq İdarəsində bir məşhur "Cinayət işi”nın (162006084 saylı) istintaqı gedir. Həmin "Cinayət işi” üzrə Gözəl Bayramlı həbs edilib, Fikrət Hüseyinli Ukraynada saxlanılıb, İsa Qənbər, Əli Kərimli, Arif Hacılı, Gülaga Aslanlı və adının açıqlanmasını istəməyən çoxlu sayda tanınmışlar istintaqa cəlb olunub. Həmin məşhur "Cinayət işi” vəzifə səlahiyyətlərindən sui istifadə, vəzifə saxtakarlığı, qanunsuz miqrasiyanın təşkili, rəsmi sənədlərin saxtalaşdırılması və istifadə etmə faktları üzrə başlanılıb.
 

"Bu şəxslər sırasında hətta Almaniya vətəndaşlığı alandan sonra, Azərbaycanda Əli Həsənovdan mənzil alan və ya mənzil növbəsində dayananlar var”

Almaniyada xeyli sayda məcburi köçkün var, onlar məcburi köçkün vəsiqələrini verməklə, bu sosial qrupa aid olduqlarını sübuta yetirmiş(?!) və qaçqın statusu üçün müraciət etmişlər. Həmin şəxslərin əksəriyyəti Əli Həsənovun rəhbərlik etdiyi qurumdan bu gün də ev, sosial yardım və s. alır. Əslində isə hazırda onların Azərbaycanla heç bir hüquqi və siyasi bağlılığı yoxdur. Ən maraqlısı isə odur ki, bu şəxslər sırasında hətta Almaniya vətəndaşlığı alandan sonra, Azərbaycanda Əli Həsənovdan mənzil alan və ya mənzil növbəsində dayananlar var. Hesablamalara ğörə, Əli Həsənovun məcburi köçkün siyahısında olan və hazırda Almaniyada qaçqın statusu üçün müraciət edən 10 mindən çox Azərbaycanlı vardır. Məncə, heç yeni cinayət işi açmadan, elə yuxarıda göstərdiyim "Cinayət işi” üzrə Əli Həsənovun Baş Prokrorluğa çağrılıb, dindirilməsinin və barəsində qanuna müvafiq qəti-imkan tədbirinin seçilməsinin vaxtı çoxdan çatıb.

Ümid edirəm ki,yuxarıda göstərdiyim faktlara əsasən, 1995-ci ildən, ən uzun ömürlü olduğu halda isə 2007-ci ildən (Miqrasiya Xidmətinin yaranma tarixindən) ləğv edilməli olan Əli Həsənovun rəhbərlik etdiyi Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlər Komitəsinin ləgvində hansısa rolu olacaq”.


 İcmal.Az
 

RƏYLƏR