Əli Həsənovun ailə şirkətlərinin vergi borcu - SİYAHI

OXUNUB: 666 Özəl İQTİSADİYYAT
Prezident Administrasiyasının ləğv olunmiş ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus şirkətlərin bir qisminin vergi borcu (ümumilikdə 208 min manat) var.

"Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
"Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC istisna olmaqla qalan şirkətlər Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınıb. Onlara əsasən, Ə.Həsənovun həyat yoldaşı Sova Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.
Şirkətlərin vergi borcları aşağıdakı kimidir:

1."Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC - 182 055,86
2."Araz Teleradio” MMC - 17 459,54
3."Kaspi Global” MMC - 8 562,63
4."Beynəlxalq Mətbuat Mərkəzi” MMC - 1 337,40
5."Golden Prince” MMC - 18,69
6."Kaspi Education” MMC - 0,00
7."Kaspi Co” MTK - 0,00
8."Kaspi Mətbuat Yayımı” MMC - 0,00
9."Kaspi” qəzeti redaksiyası - 0,00
10."Kaspi-AZ” MMC - 0,00
11."Kaspi-EC” MMC - 0,00
12."Mətbuat Evi” MMC - 0,00
Cəmi: 208 096,72

RƏYLƏR