Əli Həsənovun kirvəsi trolluq fəaliyyətinə keçib, jurnalistləri təhqir edir

OXUNUB: 428 Özəl GÜNDƏM SOSİAL
Şəkildə gördüyünüz bu adamın adı Əlvan Ağayevdir. Əslən Şərurdandır. Prezidentin sabiq köməkçisi Əli Həsənovun yaxın dostu və kirvəsidir. Vaxtilə Əli Həsənovun dəstəyi ilə "Azərkitab” kimi mühüm sahəyə təhbərlik edib. 

Bu adam Bakının ən mərkəzi yerlərində olan kitab mağazalarını özü yaxınlarının  adına özəlləşdirərək satıb və qısa müddətdə milyonçuya çevrilib. 

Hökümət Evi ilə üzbəüz binada yerləşən keçmiş Beynəlxalq Mətbuat Mərkəzini də ələ keçirərək, oranı  özü və Əli Həsənova mənzil edib. Əlvan Ağayev hazırda da həmin mənzildə yaşayır.

Satmağa mağaza qalmayandan sonra, Əli Həsənovun təqdimatı əsasında Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. Halbuki bu adamın mətbuat və televiziya sahəsinə heç bir aidiyyəti olmayıb. 

Hamı bilir ki, Əlvan Ağayev Şərurda yaşayanda mebel mağazasında işləyib. Ləqəbi də "mebel Əlvan” olub. 

Qeyd edim ki, Əlvan Ağayev və Əli Həsənovun vəzifədə olduğu zamanda mən kitab mağazalarının necə və kimlərlətin ələ keçirməsi ilə bağlı silsilə araşdırma yazıları dərc etmişəm. Həmin yazılar  2000-ci illərin əvvəllərində qəzetlərdə dərc edilib və mənim arxivimdə qalır.

Hazırda Əlvan mövzusuna müraciət etməyimin səbəbi var. Bir nəfər mənim şəkilimi paylaşaraq,  yazdığım məqaləyə görə məni öz səhifəsində təhqir edib. Həmin skrini şərh bölümündə paylaşacam. 

Bu Əlvan Ağayev də məni tanıya-tanıya həmin paylaşımın altında müxalifət partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışından bir videofraqment paylaşıb. 

Həmin paylaşımda Sərdar Cəlaloğlu ləyaqətsizlikdən danışır. Buradan bir nəticə çıxır, Əlvan Ağayev mənim barəmdə olan paylaşıma bu videonu əlavə edibsə, deməli mənim ləyaqətsiz olduğumu iddia etmək istəyib. Çünki,həmin paylaşımda məndən başqa kimdənsə söhbət getmirdi. 

Bunu görən kimi, Əlvan Ağayevin şərhinə cavab yazdım. Əlvan öz şərhini sildi. Amma buna baxmayaraq, Əlvana bəzi şeyləri xatırlatmaq istəyirəm. Ləyaqətsizlik dövlətin malını talayıb, milyonları oğurlayıb milyonçuya çevrilməkdir. 

Ləyaqətsizlik ömrü boyu bu hakimiyyətdən yararlanıb, işdən çıxandan sonra isə  radikal müxalif liderlərdən sitat gətirib, onlara simpatiya bəsləməkdir. 

Əlvan Ağayevin etdiyi cinayətlərin üstünü zamanında Əli Həsənov pərdələdiyi üçün, onun dövlət əmlakını vəhşicəsinə talamasına lazımi hüquqi qiymət verilməyib. 

Bu adam həm də ölkədə kitab satışına öz əməli ilə ağır zərbə vurub. Onun  kitab mağazalarını necə və hansı yaxın qohumlarının adına sənədləşərək sonra satdığı ilə bağlı ətraflı məlumat verəcəm. 

Əlvan Ağayev 23 il əvvəl "Torqovı”dakı Kitab Pasajını ələ keçirəndə yaxın qohumları ilə hansı "razborkalardan” keçib? Əli Həsənovun əli ilə hansı yaxın qohumunu həbs etdirdiyindən də ətraflı bəhs edəcəm.

Məhəmmədəli Qəribli

RƏYLƏR