Əli Həsənovun yeni iş yerindən görüntülər - FOTO

OXUNUB: 120 index-manşet AZƏRBAYCAN SİYASƏT
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov paytaxtın Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin binasında özünə yeni qərargah seçməsi barədə ötən gün "demokrat.az” xəbər portalında gedən yazıya reaksiya verib.

İCMAL.az xəbər verir ki, Əli Həsənov bu gün yeni iş otağında çəkilən fotolarını göndərərək bildirib ki, o, Beynəlxalq Mətbuat Mərkəzinin binasına ara-sıra gedir:

"Mənim təzə iş yerim və kabinetim Prezident Yanında Dövlət İdarəçilik Akademiyasındadır. Hazırda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm. Beynəlxalq Mətbuat Mərkəzində isə mənim baş redaktoru olduğum "Geostrategiya" jurnalı yerləşir".

Əli Həsənov elmi fəaliyyətlə məşğul olduğunu bildirib: "Hazırda elmi fəaliyyətlə məşğul oluram", - deyə Əli Həsənov bildirib.




RƏYLƏR