Əli Hüseynov Azərbaycan vəkilliyinə himn qoşulmasını təklif etdi, sözlərini özü yazdı – MƏTN

OXUNUB: 428 MARAQLI GÜNDƏM

7NEWS.az xəbər verir ki, bu təkliflə Vəkillər Kollegiyasının üzvüƏli Hüseynovçıxış edib: "Əziz vəkil həmkarlarım, fikirləşirəm ki, Azərbaycan vəkilliyinin vəkil andı kimi, öz himni də olmalıdır".

7NEWS.az Ə.Hüseynovun Azərbaycan vəkilliyinə yazdığı himni də təqdim edir:

Vəkilliyin himni

Haqq və ədalətə söykənərək biz,
Qoy haqla döyünsün daim qəlbimiz!
Ana Qanun bizə hər şeydən əziz!
Vicdanımız olsun təmizdən təmiz!
Hakim olsun bizə öz vicdanımız,
Haqq olsun damarda axan qanımız!

Qanundur hər şeydən uca cahanda,
Sadiqik biz xalqa verilən anda!
Xalqın xidmətində mətanətliyik,
Bu xalqın oğluyuq, xalq qeyrətliyik!
Hakim olsun bizə öz vicdanımız,
Haqq olsun damarda axan qanımız!

Haqq həm qılıncımız, həm qalxanımız,
Haqq olsun cismimiz həm də canımız!
Haqqa, ədalətə söykənib gedək,
Haqla, ədalətlə vəkillik edək!
Hakim olsun bizə öz vicdanımız,
Haqq olsun damarda axan qanımız!

Əli Hüseynov
18.07.2019

RƏYLƏR