“Əli Kərimli yenə ortalıqda yoxdur, aradan çıxıb.” – Elşən Musayev

OXUNUB: 509 Özəl SİYASƏT
"Hal-hazırda bir qrup insan Milli Məclisin qarşısında təxribat törətməyə çalışır. Onların kimliyi məlumdur. Həmin təxribat əvvəldən planlaşdırılıb və bu gün icra olunur” – 7news.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev bu gün Milli Məclisin Plenar iclasında çıxışı zamanı söyləyib.

"Hazırda siyasi qütb çox aydındır. Həmin qütbün bir tərəfində Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimi vətən xainləri qərarlaşıb, digər tərəfində isə vətən sevən insanlar. Üstəlik, həmin vətən xainləri milli məsələlərdə erməni əlinə oynamaqla kifayətlənmirlər, onlar həm də bizim müzakirə və qəbul etdiyimiz qanunları kontekstdən çıxararaq cəmiyyətə yanlış formada təqdim edirlər.

Əli Kərimli ortalıqda yoxdur. Hər zamankı kimi. İnsanları çağırıb, yönəldib, amma özü yoxdur. Aradan çıxıb. Çünki qorxaqdır, çünki cəsarətsiz insandır.

Hüquq-mühafizə orqanları qanunsuz aksiya keçirənlərə qarşı heç bir güzəşt tətbiq etməməlidir. Cinayət törədən hər kəs layiqli cəzasını almalıdır.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR