Əli Kərimlinin "Fatimə şou"su ifşa edildi - VİDEO+FOTOLAR

OXUNUB: 2054 Özəl SİYASƏT
Xəbər verdiyimiz kimi bir neçə gün öncə gənc fəal Fatimə Mövlamlı naməlum şəkildə yoxa çıxıb. Bir neçə gün ailəsi ilə əlaqə saxlamayan gənc fəal nəhayət dünən axşam tapılıb. Belə ki, 17 yaşlı aktrisa xanım videomüraciət yayaraq rəfiqəsigildə olduğunu, onun başına heç bir iş gəlmədiyini, heç də həmrənglərinin qeyd etdiyi kimi siyasi sifarişlə, hökumət orqanları tərəfindən oğurlanmadığını bildirdi. 

17 yaşlı yeniyetmənin bir neçə günlük rəfiqəsinin evində qalması isə bəzilərinin məkirli planlarını, müxalifət düşərgəsinin seçkiqabağı iyrənc siyasi kampaniyalarını tamamilə alt-üst etdi. Lakin özünü müxalifət düşərgəsinin "Kral"ı adlandıranlar isə yazdığı statuslardan və cəmiyyətdə yaratdığı yalnış fikirlərdən heç də məyus görünmürlər. Qısa xatırlatma edək ki, artıq bir neçə gündür ki, radikal düşərgə Fatimə Mövlamlının yoxa çıxmasında hökuməti sərt şəkildə ittiham edərək seçkiqabağı ajiotaj yaratmağa, insanları hökumətdən narazı salmağa çalışdılar. 

Hətta AXCP sədri olduğu deyilən Əli Kərimli hadisədən sui istifadə edərək bütün iyrəncliyini aşkaranə şəkildə nümayiş etdirdi. Heç çəkinmədi, hökuməti kişi kimi mübarizə aparmağa səslədi, hətta ittiham etdi. Bəs görəsən rəfiqəsinin evində qalan qıza görə hökuməti ittiham etmək və çirkab, çamur atmaq kişi kimi mübarizə əlaməti ola bilərmi? 

Əli Kərimlinin

Kişi kimi mübarizə aparmaqdan daha bir nəfər də danışırdı, sonuncu mitinqdə tribunada yer almayan, köşəyə sızan Gültəkin Hacıbəyli. Nədənsə o da kişilikdən danışaraq hökuməti ittiham etdi. Amma Fatimə Mövlanlının rəfiqəsinin evində qalması onları öz çamurlarında boğdu. 

Əli Kərimlinin

Fatimə Mövlamlının anası Vüsalə Mövlanova da açıqlama verdi. Qızının oğurlanıb-oğurlanmadığından məlumatsız olduğunu, polisin eləcə də digər dövlət orqanlarının bu işdə əlaqəsi olmadığını düşündüyünü bildirdi. Zavallı xadiməçi qadına da çirkab atmaqdan çəkinmədilər. Həm də qızının həmrəng olduğu insanlar... 
 

Azyaşlı qızın emossionallığından istifadə edərək ona sifarişlə iş gördürən, ölkə başçısının şəkilləri olan kağızları paytaxt küçələrinin müxtəlif yerlərinə yapışdırdan insanlar qızın anasını yalançı da adlandırdılar, kişi kimi mübarizə aparmaq bu olmalıdır eləmi?!

Əli Kərimlinin

Bir qism insanlar həmin açıqlamanın saxta olduğunu da qeyd etdi. Dedilər anası belə açıqlama verməyib, hökumət yalan məlumat tirajlayır. Fatimə Mövlamlının anası Vüsalə Mövlanovanın BiG.AZ saytına verdiyi açıqlamanı da diqqətinizə ərz etmək istərdik. 



İndi də deyəcəklər ki, qız tapılmayıb, bu da hökumətin işidir. Bunun üçün də Fatimə Mövlamlının özünün yayımladığı videomüraciəti oxucularımıza təqdim etmək istərdik. 



Əhməd Haralı

RƏYLƏR