Əli Məsimli: Bizdən artıq keçib, uşaqlarımız heç olmasa, zəhərlənməsinlər

OXUNUB: 728 SİYASƏT

Millət vəkili Əli Məsimli  Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışında deyib ki, Azərbaycanda məhsulların texniki göstəricilərinin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına böyük ehtiyac var.

İcmal.Az-ın xəbərinə görə, deputat bildirib ki, Azərbaycanda bəzən elə məhsullar istehsal olunur ki, Sovet dövründə lağ edilən keyfiyyət nişanlarına şükür edirsən.

"Çünki elə məhsullar var ki, bizdən artıq keçib, onlar uşaqların səhhətinə böyük ziyan verir. Bu baxımdan, emal sənayesi strukturu təkmilləşdirilməlidir. Azərbaycan Prezidenti dəfələrlə bu məsələyə toxunur və göstərişlərini verir. Əgər Azərbaycan Prezidentinin bu sahədə göstərişləri yerinə yetirilsə, o zaman böyük nailiyyətlər əldə etmək olar. Hətta, emal sahəsi ilə bağlı xeyli dərəcə uğur qazanıb, rəqabətdə udmaq da olar”.

Deputat qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun 7-9 faizini ixrac məhsulları təşkil edir:

"Bu rəqəm çox azdır. Bunu qat-qat artırmaq, Azərbaycanın yeni iqtisadi mərhələsinə mühüm töhfə vermək olar. Ümumilikdə "Texniki tənzimləmə haqqında” və "Standarlaşdırma haqqında” qanun layihələrini dəstəkləyirəm. Lakin düşünürəm ki, bu sənədlər daha da təkmilləşdirilməlidir. Bildiyiniz kimi, Azərbaycan yeni iqtisadi inkişaf modelinə keçir. Əgər yeni inkişaf modeli neft amilindən insan amilinə keçidi nəzərdə tutursa, o zaman biz rəqabətdən geri qalmamaq üçün innovativ mexanizmləri iqtisadiyyatımıza daxil etməliyik”.

İcmal.Az

RƏYLƏR