Əli Mirəliyev: Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı - VİDEO

OXUNUB: 717 ŞOU-BİZNES

ARB TV-nin "Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Əli Mirəliyevin adaşı olan nəvəsi olub.

İcmal.Az xəbər verir ki, sənətçi nəvəsinin gəlini tərəfindən tərk edilməsindən danışıb:

"Əgər ana uşağını tərk edib gedirsə, o kimə bağlanmalıdır? Nənəyə, babaya. On iki yaşından tərk edib-gedib. Sözsüz ki, oğlum günahkardır. Amma hansı ana balasını qoyub gedə bilər?

Heç olmasa, arada gəl, gör, maraqlan, axı sən onu doqquz ay bətnində gəzdirmisən. Sabah qocalanda o, sənə baxacaq. Bütün dünyanı gəzir. İş adamıdır, işləyir, yaxşı da işi var.

Qəyyumluq üçün sənəd lazım olub, nənəsi anasına zəng edib deyib ki, gəl, sənəd üçün lazımsan. Heç görüşməyib uşaqla da, baxıb, çıxıb-gedib. Uşağın günahı Əli Mirəliyev olmasıdır.

Mənim oğlum da günahkardır. Hansı arvad evdən qaçar? Pis kişidən qaçar da. Mən bunu da deyirəm. Deməli, mənim oğlum işini düzgün qurmayıb. Evdən çıxıb, paltarlarını, uşağa alınan bahalı telefonu da verməyib ona.

İldən çoxdur ki, uşaqdan imtina edib. Atası, anası qızlarına deyir ki, sən özün gəl, amma o uşağı gətirmə. Heç yemək də vermirdilər buna”.

İcmal.Az

RƏYLƏR