Əli silahlı İsrail əsgəri namaz qılan gənci təpiklədi – VİDEO

OXUNUB: 851 DÜNYA

İsrail əsgəri namaz qılan fələstinli gənci qəddarcasına təpikləyib. 

İcmal.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Qüdsdəki Məscidül-Əqsada İsrailə qarşı düzənlənən etiraz aksiyasında baş verib. 

Əli silahlı əsgərin təpiyindən sonra fələstinli gənc yıxılıb. Daha sonra o ayağa qalxaraq hadisə yerindən uzaqlaşıb. Hadisə anbaan kameralara düşüb. 

Qeyd edək ki, fələstinlilər dünən Qüds və Fələstin ərazisində nümayişlər keçiriliblər. Müsəlmanlar İsrail əsgərlərinin məscidə girməsinə etiraz edərək Qüds küçələrində cümə namazına çıxıblar. Polis güc tətbiq edərək onların ibadətinə mane olub. Baş verən toqquşmalarda 3 fələstinli dünyasını dəyişib. 

 

İcmal.Az

RƏYLƏR