Əlillik dərəcəsi ala bilməyən şəxs özünü yandırmaq istədi

OXUNUB: 758 SOSİAL

Bakıda nazirliklərdən birinin binası qarşısında insident baş verib. 

 Cabbarov Sərxan Yavər oğlu Yasamal rayonu ərazisində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin inzibati binasının qarşısına gələrək özünü yandırmağa çalışıb. 

Nazirliyin mühafizəçiləri həmin şəxsin niyyətini həyata keçirməyə imkan verməyib.

Bildirilir ki, Sərxan Cabbarov əlillik dərəcəsi ala bilmədiyi üçün bu addımı atıb. 

Məsələ ilə bağlı araşdırma aparılır./lent

 

İcmal.Az

RƏYLƏR