Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ olan şəxslərin NƏZƏRİNƏ

OXUNUB: 763 SOSİAL

Azərbaycanda inzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslərin ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin edilməsi təklif olunur.

 

İcmal.az-ın xəbərinə görə, bununla bağlı "İnzibati icraat haqqında" qanuna yeni 27.2-1-ci bənd əlavə olunur.

 

Yeni bəndə əsasən, inzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin ediləcəklər. Bu halda ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) bu qanunun məqsədləri üçün tərcüməçi hesab olunacaqlar.


RƏYLƏR