Elina Hacıyevanın anası Prezident İlham Əliyevə müraciət edib

OXUNUB: 47 Özəl AZƏRBAYCAN HADİSƏ
Bakıda məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova Prezident İlham Əliyevə müraciət edib. S.Hüseynova ölkə başçısına ünvanladığı müraciətində qızının ölümündə təqsirli bilinən şəxslərin cəzalandırılmasını xahiş edib.
İş üzrə keçirilmiş son məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs -162 saylı məktəbin sabiq direktoruna 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza istədiyini qeyd edən S.Hüseynova hadisəyə görə heç bir həkimin məsuliyyətə cəlb edilmədiyini bildirib: "Məsuliyyətə cəlb olunan sabiq direktora da ədalətli cəza verilmir! Ana fəryadına biganə qalmayın!”

RƏYLƏR