Elkaponi kimi tanınan Fizuli Məmmədov diaspor liderlərini tənqid etdi: "3 ildə nə lider, nə ideya, nə də səriştə görmədim"

OXUNUB: 61 GÜNDƏM
Moskvadakı "Aerostar" otelində Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının  növbədənkənar iclası keçirilib. Tədbir Rusiyadakı Azərbaycan diaspor cəmiyyəti sədrləri və fəallarının iştirakı ilə təşkil edilib. Növbədənkənar iclasın gündəmində müzakirə olunan əsas məsələ Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının regionlardakı nümayəndəlikləri mövzusu olub. Tədbir iştirakçıları Rusiya Azərbaycanlıları İttifaqının loqosu, nizamnaməsi, 2019 cu ilin tədbirlər proqramı ətrafında da geniş fikir mübadiləsi aparıb. Tədbirdə Frenk Elkaponi kimi tanınan iş adamı, Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov çıxış edərək bir sıra qalmaqal yaradacaq fikirlər söyləyib. Onun fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. "ÜAK 3 ildir ki, yoxdur. Bu 3 il ərzində nə güclü diasporu qura biləcək ideya, nə çoxsaylı diasporumuzun tanıdığı və rəğbətini qazanmış olduğu federal miqyaslı rəhbər, nə də səriştəli apparatın olduğunu görmədim", deyən Fizuli Məmmədov, əlavə edib ki, bu böhrana o laqeyd ola bilməzdi.  "Rusiya Azərbaycanlıları İttifaqı təşəbbüsü də bu zərurətdən irəli sürülüb", deyərək, o fikrini tamalayıb. 
Mediada ən çox müzakirə olunan mövzu odur ki, bu fikir birmənalı şəkildə Rusiyada illərlə can qoyan diaspor liderlərinə qarşı ədalətsizlikdir və təhqirdir. Biz artıq LOBBİ.az olaraq Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarına bu münasibtlə bağlı sorğu göndərmişik. Yaxın günlərdə sorğunu saytımızda dərc edəcəyik. 
LOBBİ.az

RƏYLƏR