Elmar Məmmədyarov həmsədrlərlə danışdı

OXUNUB: 783 SİYASƏT
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması gündəmdə olmasa da, bu məsələ kompleks şəkildə araşdırılmalı və qərar verməlidir”.

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
 
O bildirib ki, Azərbaycanın danışıqlarda iştirakı imitasiya xarakteri daşımır. "Mövqeyimiz qəti xarakter daşıyır. Biz bu substantiv xarakterli danışıqlarda iştirak edirik”, - deyə H. Hacıyev vurğulayıb.
 
H. Hacıyev onu da əlavə edib ki, Azərbaycan XİN rəhbəri məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri ilə danışıb, amerikalı həmsədrlə isə texniki məsələ səbəbindən danışa bilməyib.

İcmal.Az

RƏYLƏR