Elmar Məmmədyarov Moskvaya gedir

OXUNUB: 639 SİYASƏT

Serqey Lavrov isə Azərbaycana səfər edəcək.

Xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabr tarixində Moskvaya işgüzar səfər edəcək.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Oxu.Az-a bildirib ki, səfər əsnasında Moskvada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Noyabrın 20-də isə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək.

İcmal.Az

RƏYLƏR