Elnur Aslanovun qohumuna Təhsil nazirliyində iki vəzifə verilib - QAFQAZ UNİVERSİTETİNƏ NƏZARƏT EDİRMİŞ

OXUNUB: 2167 index-manşet HADİSƏ

Prezidentin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun daha bir yaxın qohumu yüksək vəzifədə çalışdığı məlum olub.

Məlumata görə, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Elnur Aslanovun bacanağıdır.

Adı FETÖ-çularla halnan Elnur Aslanovun yaxın qohumu ləğv olunmuş "Qafqaz” Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə yaradılan İşçi qrupunun sədri olub.

Yaqub Piriyev

O vaxt sabiq Təhsil Naziri Mikayıl Cabbarov Yaqub Piriyevi "Qafqaz” Universitetində aparılan işlərə rəhbər qoyub. 

Halbuki, sözügedən universitetin rəhbər və şəxsi heyəti Fətullah Gülən hərəkatının, yaxud Türkiyədə FETÖ (fətullahçı terror təşkilatı) adlandırılan təriqətin nümayəndələri sayılıb. 

Bu təşkilatın Azərbaycan imamı isə Elnur Aslanov olduğu deyilib./unikal

7NEWS.az


RƏYLƏR