Elvinlə Kərim arasında geyim qalmaqalı: "Cılızlıqdır..."

OXUNUB: 680 ŞOU-BİZNES

Müğənni Elvin Abdullayevlə Kərim Abbasov arasında qalmaqal yaşanıb.

 Kərimin "Şou-biznesdə özümdən başqa zövqlü görmürəm” ifadəsinə Elvindən sərt reaksiya gəlib.

Abdullayev "ATV maqazin onlarla”ya açıqlamasında həmkarının bu sözlərini qınayıb:

"Nə istəyir geyinsin... Xoşum gəlmir özümü tərifləyim: bir nömrəyəm, bombayam, sənətkaram. Bunu demək ucuzluqdur. Onu işlətmək cılızlıqdır. Qoy, kənardakı səni tərifləyib, bu sözləri desin. Elvin desin ki, mən super geyinirəm. Nəyə lazımdır? Bunu deməklə özümü aldadıram. Kənardakılar güləcək mənə. Mənim öz, Kərimin öz yeri var. Xoşum gəlmir özünü tərifləyənlərdən. Rəhim Rəhimli, Zamiq, Elçin Cəfərov zövqlü geyinirlər. Azdır, amma fərqli geyinənlərimiz var. Bəziləri üçün zövqsüz ola bilərəm. Amma səliqəli geyim tərzimə görə "Top 5”likdə özümü görürəm”.

İcmal.Az

RƏYLƏR