Elxan Əsədova Dünya Minifutbol Federasiyasında vəzifə verildi

OXUNUB: 101 İDMAN

Azərbaycan Minifutbol Federasiyasının sədri Elxan Əsədov Dünya Minifutbol Federasiyasında (DMF) yeni vəzifəyə təyin olunub.

İcmal.Az xəbər verir ki, o bundan sonra DMF-də Yarışların Təşkili Komitəsinin sədri vəzifəsini də icra edəcək. Bu vəzifəyə təyinatı ilə bağlı Elxan Əsədov fikirlərini bildirib:

"Komitə rəhbərləri Dünya Minifutbol Federasiyasının İcraiyyə Komitəsi tərəfindən təyin olunur. Mart ayının 1-dən mənin namizədliyimi Yarışların Təşkili Komitəsinin sədri kimi irəli sürmüşdülər. Bildiyiniz kimi, Azərbaycan Minifutbol Federasiyası bir neçə gün öncə Dünya Minifutbol Federasiyasının üzvü olub və bundan sonra rəsmi olaraq mənin təyinatım da təsdiq edildi”.

Elxan Əsədov AFFA-da baş katibin müavini vəzifəsində işlədiyi müddətdə beynəlxalq yarışların təşkilində böyük təcrübə topladığını bildirib. O, qeyd edib ki, bu təcrübəsindən DMF-də yararlanacaq:

"2012-ci ildə Azərbaycanda U-17 qadınlararası dünya çempionatı keçirilərkən təşkilatçılıqda mən də iştirak etmişdim. Məhz DMF-nin İcraiyyə Komitəsinin məni bu vəzifəyə təyinatında bu da həlledici rol oynayıb. Bu təcrübədən minifutbol üzrə dünya çempionatının təşkilatçılığı zamanı istifadə edəcəyəm”.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}