Elxan Məmmədov söz verdi: Mingəçevir klubu ölkə çempionatına qayıdır

OXUNUB: 483 İDMAN
Region Liqasında çıxış edən Mingəçevirin "Energetik” klubu yenidən Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparacaq.

Bu barədə apasport.az saytına komandanın məşqçisi Azər Həşimov məlumat verib.

O bildirib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu günlərdə Mingəçevirə səfəri zamanı bu barədə söz verib: "Bilirsiniz ki, Region Liqası həvəskar çempionat sayılır. Elxan müəllimə dedik ki, biz peşəkar klub kimi fəaliyyət göstərmək istəyirik. O da söz verdi ki, sənədlərinizi yığın, şərait yaradacağıq, gələn mövsüm ölkə çempionatında - birinci divizionda iştirak edəcəksiniz”.

Həşimovun sözlərinə görə, AFFA Mingəçevir stadionunun təmirinə də maliyyə yardımı edəcək: "Stadionumuz bərbad vəziyyətdədir. Burada ehtiyat meydança da var. Elxan müəllim stadionun təmirinə AFFA-nın bacardığı köməkliyi göstərəcəyini bildirdi”.

Qeyd edək ki, Region Liqasının Şimal-Qərb regionunda mübarizə aparan "Energetik” ilk iki oyunda 6 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.

RƏYLƏR