Elxan Şahinoğlu: "Rusiya rus kəşfiyyatçılarının qətli ilə bağlı məsələyə aydınlıq gətirməlidir"

OXUNUB: 1134 GÜNDƏM DÜNYA SİYASƏT

Rus kəşfiyyatçılarının qətlləri dünyanı çalxalayır. Martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində qızı Yuliya ilə birlikdə zəhərlənən Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş zabiti Sergey Skripal işi ilə əlaqədar Avropa İttifaqı Rusiyadakı səfiri Markus Edereri geri çağırmaq qərarına gəlib. Artıq Fransa və Almaniya daxil olmaqla, Avropa İttifaqının bir neçə ölkəsi öz diplomatlarını Rusiyadan geri çağırmağı və ya bu ölkənin diplomatlarını öz ölkələrindən çıxarmağı düşünürlər.

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, martın 4-də rus kəşfiyyatçılarının öldürülməsi ilə Böyük Britaniya və Rusiya münasibətlərində bir gərginləşmə müşahidə edilməkdədir: "Nəticədə Avropa İttifaqı Rusiya ilə əməkdaşlıq məsələsinə yenidən baxmaq qərarına gəlib. Britaniyanın Avropa İttifaqından çıxmağına baxmayaraq son hadisə ilə əlaqədar Avropa İttifaqına üz dövlətlər Böyük Britaniyaya dəstək verdilər. Buna qədər Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirmişdi. İndiki halda Avropa İttifaqına üzv olan ölkələrinin liderləri Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiririlməsi barədə razılıq əldə ediblər. Bu Rusiya iqtisadiyyatına mənfi təsir edə bilər. Belə ki, Rusiyanın əsas ticarət və enerji bazarı olan Avropanın qapıları Rusiyanın üzünə bağlaması, bu ölkədə dərin iqtisadi tənəzzülə səbəb olar. Artıq Rusiya Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşdırmaq barədə düşünməlidir. Amma bu çox cətin olacaq. Çünki Rusiya heç vaxt Krımdan imtina etməyəcək. Heç olmas, Rusiya rus kəşfiyyatçılarının qətli ilə bağlı məsələyə aydınlıq gətirməlidir. Əgər Rusiya Yuliya və Sergey Skripal məsələsinə aydınlıq gətirməsə, birgə komissiya yaradılmasa vəziyyət getdikcə pişləşəcək”, - deyə o, qeyd edib.

Rusiya bu şəraitə nə vaxta qədər tab gətirə biləcək sualın Elxan Şahinoğlu aydınlıq gətirərək bildirib ki, bunu söyləmək çox çətindir: "Çünki ortada Sovet Sosialist Respublikası (SSRİ) nümunəsi var. Vaxtı ilə ABŞ SSRİ-ni zəyiflətmək planını işə salmışdı. Bu plan 1991-ci ildə uğurla nətcələndi və SSRİ çökdü.1979-cu ildə sovet qoşunları Əfqanıstana daxil olması, neftin qiymətdən düşməsi məhz bütün bunlar SSRİ-ni dağılmasına səbəb oldu. Hesab edirəm ki, Rusiyaya eyni planlar yenidən iş düşüb. Baxmayaraq ki, növbəti 6 il müddətinə prezident seçilmiş Vladimir Putin üçün həm iqtisadi, həm də siyasi baxmından dividentlər əldə etmək çox çətin olacaq. Belə davam etsə Rusiyanın dostu qalmayacaq”, - deyə politoloq əlavə edib. Elxan Şahinoğlu, Avropa İttifaqının bir neçə ölkəsi öz diplomatlarını Rusiyadan geri çağırmağı və ya bu ölkənin diplomatlarını öz ölkələrindən çıxarılmasının Azərbaycana hər hansı bir təsirinin olmadığı fikrindədir: "Azərbaycan bölgənin lider dövləti olmasına baxmayaraq, bu proseslərə qarışmamalıdır, Azərbaycan həm Rusiya ilə həm də Qərblə eyni dostluq münasibətləri qorumalıdır”. BNEWS.az

RƏYLƏR