Əlyazmalar İnstitutu Xətainin nəvəsinin “Divan”ının surətini əldə edib

OXUNUB: 765 SOSİAL

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu "Divan”ının surətini əldə edib.

 

Bildirilib ki, İsmaililərin başçısı Sədrəddin Ağaxanın İsveçrənin Cenevrə şəhərində yerləşən kolleksiyasından alınmış bu "Divan”da şairin fars və Azərbaycan dillərində yazdığı şeirləri toplanıb./apa

 

 

İcmal.Az

RƏYLƏR