Elza Seyidcahan onu ələ salan rejissora: Gəl, öp məni, məşhur olaq…

OXUNUB: 838 ŞOU-BİZNES

Tanınmış kinorejissor Elşən Məmmədov "Facebook” statusunda Əməkdar artist Elza Seyidcahanı ələ salıb. O, səhifəsində "Belə getsə, yeni İt-Pişik Nazirliyi yaranacaq. Elza Seyidcahan da nazir olacaq. Biz də it-pişiklərimizdən birdəfəlik arxayın olarıq…” şərhini yazıb.

 E.Seyidcahan rejissorun fikirlərinə münasibət bildirib.

"O insanlar gecə-gündüz "Elza” deyib sayıqlayır. Yazıqlar "Elza xəstəliyinə” düçar olub. Onların da dərdinin bir dərmanı var – mənim şeirlərim. Oxusunlar, şəfa tapsınlar. Mənə görə narahat olan o insana "Get, işinlə məşğul ol” adlı şeirimlə cavab verirəm. O şeirdə elə misralar var ki…

Gəl, öp məni, məşhur olaq…
Söyürəm səni… 
Get, işinlə məşğul ol…

O misralar həm də söyüşdür, özü də keyfiyyətli söyüş. Ay adam, get, işinlə məşğul ol… Mənə görə narahat olma, Elza elə bir zirvədədir ki, ona əl çatmır”, - deyə E.Seyidcahan söyləyib.

Qeyd edək ki, Elşən Məmmədov "Fəryad” filminin rejissor-assisenti, "Qara Volqa” filminin isə rejissorudur./yenicag.az

 

İcmal.Az

RƏYLƏR