Elza Seyidcahan və anası iş adamını niyə həbs etdirdi? - TƏFƏRRÜAT

OXUNUB: 744 GÜNDƏM HADİSƏ

"Elza Seyidcahanın anası Rüstəm Kərimzadəyə şər atıb".

Bunu Qaynarinfo-ya açıqlamasında "ELİT SRC GROUP” MMC-in nümayəndəsi, vəkil Araz Nurməmmədov bəstəkar-müğənni Elza Seyidcahanın şikayəti əsasında bir aylıq inzibati həbs cəzası alan Rüstəm Kərimzadə ilə bağlı məhkəmə qərarından danışarkən deyib. Vəkilin sözlərinə görə, müğənninin ailəsi qarşı tərəfə 58,797 min manat ödəməlidir:

"Bakı şəhər Nəsimi rayonu Əli Bəy Hüseynzadə küçəsi 75 ünvanında qeyri-yaşayış sahəsi var. Həmin sahənin istifadə və sahibliyi ilə bağlı məhkəmə predmeti var idi və proses artıq yekunlaşıb. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həmin əmlakın istifadə və sahibliyi "ELİT SRC GROUP” MMC-yə, yəni Kərimzadə Rüstəmə məxsusdur. Lakin Elza Seyidcahan və onun anası Əhmədova Seyidcahan Şərafəddin qızı həmin əmlakı zəbt ediblər, onun üzərində mübahisə gedir. Həmin əmlak onlara məxsusdur, Elza xanımın qızı Əlisatova Gülşən Elşən qızınının adınadır. Lakin buna baxmayaraq, həmin şəxslərdən 58,797 manat alınaraq "ELİT SRC GROUP” MMC-yə verilməsi, qrupun obyektədən çıxarılması və eyni anda icra olunması ilə bağlı məhkəmə qərarı var. Onlar bizə 58,797 min manat verəcək, biz də oradan çıxacağıq. Amma məhkəmə qərarı icra olunmur. Əvəzində isə biz orada olduğumuz müddətdə onlar obyektə soxulublar. İstəyirik ki, onlar məhkəmə qərarında olduğu kimi pulu versin, biz də oradan çıxaq. İndi bizi oradan çıxarıblar”.

Vəkil Elza Seyidcahanın həmin məbləği vermək istəmədiyini vurğulayıb: "Deyir obyekt bizimdir, absurd fikirlər səsləndirirlər".

"ELİT SRC GROUP” MMC-nin təsisçisi Rüstəm Kərimzadənin həbsi məsələsinə gəlincə, vəkil Elza Seyidcahanın anası tərəfindən ona şər atıldığını deyib:

"Onun həbsi ilə bağlı məqamlar tamam başqadır. Mən "ELİT SRC GROUP” MMC-in vəkiliyəm. Rüstəm Kərimzadəyə tapşırmışdım ki, iştirakım olmadan ora heç kim getməsin. Həmin obyektlə bağlı müzakirələr gedərkən görüşdə mənimlə yanaşı, Rüstəm Kərimzadənin dostu Səxavət Abuzərov da iştirak edib. Danışıqlar zamanı gördük ki, səs-küy qalxır, çıxıb getdik. İndi Elza xanımın anası iddia edir ki, guya Rüstəm Kərimzadə onu itələyib. Bundan sonra yerə yıxılıb, zədə alıb. Rüstəm Kərimzadə əxlaqlı adamdır, heç vaxt belə bir şey ola bilməz. Qadına əl qaldırmaq nədir? Elza Seyidcahanın anası məhkəmə gedərkən ağladı, dedi ki, "məni Rüstəm vurdu” və s. Bu böyük şərdir. Bunun nəticəsində də hakim ona bir ay inzibati həbs verdi. Heç nə araşdırılmadan cəza kəsilib. Şahidlər, kamera görüntüsü var, axı nəyin əsasında bir ay həbs verilib? Elza xanım prosesdə səsini çıxarmadı, anası gəlib ağladı, hakim də onun göz yaşlarına baxıb qərar verdi”.

Məsələ ilə bağlı dəfələrlə Elza Seyidcahana zəng edik. Köməkçisi "Elza xanım çəkilişdədir, gec çıxacaq və hadisə ilə bağlı mətbuata açıqlama verib” deyə bildirdi.

Qeyd edək ki, Elza Seyidcahan məsələ ilə bağlı axşam.az-a danışıb. Müğənni bildirib ki, həmin şəxs ona və anasına hücum edərək onları döyüb:

"Faiq Azayev onlara zəng vurub tapşırır ki, onlara zor tətbiq edin, obyekti bizə versinlər. Mən də 21-ci polis bölməsinə şikayət etdim. Ötən gün Rüstəm Kərimzadə törətdiyi hadisəyə görə həbs edildi. İyunda məkanımıza gəlib, anama hücum etdi. Anamın üstünə təcili yardım gəlmişdi. Onun pis əməmli bununla bitmədi. Anam məkanımızn üstünə elanlar yapışdırmışdı, gəlib onları cırıb, anamı küt alətlə vurub, itələyib. daha sonra mənə də hücum edib, vurub. Bizi hədəliyirdi ki, Faiqin həbsdən çıxmasına az qalıb, gəlib başınıza oyun açacaq. Bu adam həbs edilib, ordan zəng vurub camaatın uşaqlarını öyrədib, bizi hədələyir. Axırda da belə həbs olunurlar. Bizə deyirdi ki, qarşıma ailənizdəki kişiləri çıxarın, polisə niyə şikayət edirsiniz ki...21-ci polis bölməsinin əməkdaşlarına, şikayətimizə baxanlara təşəkkür edirəm. Haqlı qərar verdikləri üçün çox sağ olsunlar. Bizim 44 günlük vətən müharibəmizin ildönümüdür. Bu ərəfədə belə mövzularla gündəmə gəlmək istəməzdim. Mənə hazırda bu problemi qabartmaq yaraşmaz. Mən şəhid analarının yanında olmağa çalışıram, yeni mahnılar yazdırıram".

RƏYLƏR