Əmanətçilərə bəd xəbər: "Atabank" müflis olub - qərar martın 4-dən sonra açıqlanacaq

OXUNUB: 602 İQTİSADİYYAT

Mərkəzi Bank "Atabank”ın müflis qərarını martın 4-dən sonra açıqlayacaq.



AFN-ə bu haqda məlumat verən mənbənin sözlərinə görə, "Atabank”ın iflası artıq qətiləşib: "Mərkəzi Bankın bunu elan etməməsinin "Əmanətlərin sığortalanması haqqında” qanunun bu il martın 4-də qüvvədən düşməsidir. O qanunun müddəti uzadılmasa 4 martdan sonra hansısa bank bağlansa oradakı əmanətlər tam sığortalanmamış hesab ediləcək və əmanətçilərə cəmi 30 minə qədər vəsait qaytarılacaq”. Məlum olduğu kimi, ölkədə qanunları Milli Məclis qəbul edir, hazırda isə o fəaliyyətsizdir. Fevralın 9-da keçirilən parlament seçkilərinin nəticələri hələ rəsmiləşməyib. Bu halda isə "Əmanətlərin sığortalanması haqqında” qanunun müddətinin uzadılması mümkünsüzdür. Bu səbəbdən də Mərkəzi Bankın martın 4-nü gözləməsilə bağlı iddialar reallıqla tam uyğundur.
Qeyd edək ki, bir neçə gün əvvəl "Atabank”ın rəhbər heyətinin vəzifələrini tərk etmələrilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, bankın İdarə Heyətinin sədri, Audit Komitəsinin sədri və üzvi vəzifələrini tərk ediblər.
Onu da xatırladaq ki, Mərkəzi Bankın 31 yanvar 2020-ci il tarixdəki uçot dərəcəsinin açıqlanmasına dair mətbuat konfransında baş bankir Elman Rüstəmov "AtaBank” ASC-də gedən proseslərə dair bir neçə mühüm açıqlama vermişdi. Baş bankir "AtaBank”dakı ciddi problemlərin səbəbini bankın rəhbərliyi tərəfindən çox riskli bir neçə iri layihəyə kredit ayrılması ilə əlqələndirmişdi.
Bankdan məsələ ilə bağlı açıqlama almaq istəsək də, sorğumuz cavabsız qaldı.

RƏYLƏR