Əməkdar artist qəzəbləndi: “Karantində hər yer bağlı idisə, müğənnilər pullarını hara xərcləyib?” - ÖZƏL

OXUNUB: 1019 ŞOU-BİZNES

"Karantində pullarımızı xərclədik” deyən müğənniləri başa düşə bilmirəm”.

Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli İcmal.az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi karantin dövründə həmkarlarının maddi vəziyyətinin pisləşməsi ilə bağlı giley dolu çıxışlarını məntiqsiz sayıb:

"Dövlət qərar qəbul etdi ki, ölkəmizdə karantin rejimi tətbiq olunsun. Karantində hər yer bağlı idi isə, müğənnilər pullarını hara xərcləyiblər? "Mall”lar bağlıdır. Avtomobil də sürmədilər ki, benzinə pul xərcləsinlər.

Karantində pul xərcləməmişəm. Hara getmişəm ki, pul da xərcləyim. Geyimlər almadıq, gözəllik salonlarına getmədik. Xüsusi tədbirlər də yoxdur ki, orada pul xərcləyəsən. Gündəlik pul qazananlar üçün bu vəziyyət ağır oldu. Amma bunu müğənnilərə aid etmək doğru deyil. İşlədiyim universitetdən hər ay maaş alıram”.

Bəzi müğənnilərin karantindən sonra toy qiymətlərini qaldıracağı ilə bağlı yayılan xəbərlərə isə N.Ələsgərli sərt reaksiya göstərib:

"Bu, dezinformasiyadır. İnanmıram ki, kimsə karantindən sonra toy qiymətini qaldırsın. Karantindən sonra toy qiymətini qaldırmaq istəyən müğənnilər hünərli olmalı və bunu açıq şəkildə deməlidirlər.

Lazım gəlsə, toy qiymətimi aşağı salacağam. İnsanları anlamaq lazımdır. Onları çətin vəziyyətdə sıxışdırmaq düzgün deyil”.

RƏYLƏR