Əməkdar artistin səhhəti pisləşdi - xəstəxanaya yerləşdirildi

OXUNUB: 84 MƏDƏNİYYƏT
Əməkdar artist Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib.

İcmal.Az axşam.az-a istinadən bildirir ki, gecə aktrisanın səhhəti pisləşib.

N.Allahverdiyeva əməkdaşımızla söhbətində bildirib ki, həkimlər ondan bir neçə gün xəstəxanada qalmağı tələb ediblər:

"Qəfildən çox pis oldum. Təcili xsətəxanaya yerləşdirildim. Həkimlər deyir ki, gərginlik və əsəbdəndir. Dünənkinə nisbətən indi yaxşıyam. Amma hələ düzəlməmişəm, yaxşı deyiləm. Bir neçə gün xəstəxanada qalacam".

"Şəxsi həyatınızla bağlı nəsə problemlər var" sualına aktrisa belə cavab verib:

"Problemsiz həyat var? Həyat onlarsız keçmir. İllərin gərginliyi üst-üstə yığıldı və nəticədə belə oldum".

Qeyd edək ki, N.Allahverdiyevanın bundan əvvəl də səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.
 
İcmal.Az

RƏYLƏR