Emin Ağalarov bir konsertdən nə qədər pul götürdüyünü açıqladı (VİDEO)

OXUNUB: 1173 ŞOU-BİZNES
Tanınmış biznesmen və müğənni Emin Ağalarov şəxsi həyatı ilə bağlı bəzi məqamları etiraf edib. 

Müğənni "Alena, blin!” verilişinə qonaq olub. Jurnalist Alenanın suallarını cavablandıran ifaçı ABŞ-da təhsil aldığı zamanlar ofisiant işlədiyini bildirib: "ABŞ-da olduğum zaman ailəmin mənim üçün göndərdiyi pulu xərcləmişdim. 

İkinci dəfə onlardan pul istəməyə utandım. Ona görə kafelərin birində ofisiant köməkçisi kimi işə başladım. Daha sonra ofisiant oldum. Bundan əlavə, ayaqqabı da satmışam. O zamanlar çox gənc idim. Mən, sadəcə, nəyisə tək başına edə biləcəyimi dadmaq istədim”. 

Ağalarov bir konsert üçün aldığı qonorarı da açıqlayıb. O, hər konsertdən 1 milyon Rusiya rublu (28400 AZN) qonorar aldığını bildirib. 

Şəxsi həyatından danışan sənətçi sevgilisi Alena Qavrilova ilə hələlik evlilik düşünmədiklərini deyib: "Hələ gəncəm. Düşünürəm ki, bu haqda danışmaq çox tezdir. Gələcək üçün başqa planlarım var”. 

Şou-biznesdən heç kimlə sevgili olmadığını deyən Emin yayılan şayiələrin həqiqəti əks etdirmədiyini bildirib: "Əsl alicənab insanlar keçmişi və münasibətləri barədə danışmaz”. 
 
İcmal.Az
 
 

RƏYLƏR