Emin Ağalarovun çəkildiyi filmin treyleri yayımlandı – VİDEO + FOTO

OXUNUB: 724 ŞOU-BİZNES

Rusiyalı prodüser və rejissor Maryus Vaysberqin "Gecə növbəsi” filminin treyleri yayımlanıb.

Ekran işində Vladimir Yaqlıç, Pavel Derevyanko, Kseniya Teplova ilə yanaşı, azərbaycanlı müğənni, bəstəkar, iş adamı Emin Ağalarov da çəkilib. Bu, Ağalarovun tammetrajlı filmdə debütüdür. Filmdə E.Ağalarovun Kseniya Teplova ilə öpüş səhnəsi də yer alıb./oxu

Filmin süjet xətti belədir: Əsas qəhrəman zavoddakı işini itirir, ailəsini saxlamaq üçün sinif yoldaşının striptizçi kimi çalışmaq təklifini qəbul edir. Həyat yoldaşından bu xəbəri gizlədən Vladimir nəticədə gülməli vəziyyətlərə düşür.

Ekran işinin 2018-ci ildə təqdim edilməsi planlaşdırılır.

 

İcmal.Az

RƏYLƏR