Emin və rusiyalı ulduzlar Azərbaycan üçün birləşdilər (VİDEO)

OXUNUB: 2001 GÜNDƏM ŞOU-BİZNES
Azərbaycanın Xalq artisti Emin Ağalarov yeni mahnısını təqdim edib.

7news.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, müğənni yeni mahnısını Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Mahnı "Azərbaycan" adlanır və Emin onu rusiyalı ulduzlarla bir yerdə ifa edir.

Ağalarov səhifəsində yazıb: "Ən böyük ürəkli insanların yaşadığı, ən qonaqpərvər ölkə barədə "Azərbaycan" mahnısının təqdimatı. Mahnı xüsusi olaraq "Jara" festivalı üçün yaradılıb və qızmar yay, yaradıcılıq sevgisi və hər il layihə çərçivəsində unudulmaz günlər keçirmək üçün Xəzər dənizi sahillərinə toplaşan dostlara həsr edilib".

Müğənni qeyd edib ki, mahnının yazılmasında ArtikAsti, Aleks Malinovski, Emil Kadırov, Qlükoza, Aleksandr Panayotov, Timur Rodriqez və Bahh Tee iştirak ediblər.

Emin Ağalarov World Music Awards, "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə var.

RƏYLƏR