Əmlak verigisi necə hesablanmalıdır? – VİDEO

OXUNUB: 969 SOSİAL

Nizami rayonu Bəhruz Nuriyev küçəsi 42 ünvanında yaşayan Fəxrəddin İsgəndərova həmin rayonun bələdiyyəsi tərəfindən göndərilən tədiyə bildirişi onun narazılığına səbəb olub.

İcmal.Az xezerxeber.az-a istinadən bildirir ki, evin yaşayış sahəsi 46,7 kvadratmetr olduğu halda, vətəndaşdan 69,3 kvadratmetrin pulu tələb edilir. Mənzil sahibinin narazılığına səbəb olan bu məsələyə bələdiyyə rəsmiləri tərəfindən aydınlıq gətirilib. 

Nizami rayon bələdiyyəsinin vergi şöbəsinin müdiri İlham Mirzəyev deyir ki, vətəndaşa göndərilən bildirişdə yazılan məbləğ evin ümumi sahəsinə görə hesablanıb. Bu isə qanunvericiliyin tələbidir.

Əgər eyvan üçün də vergi ödənişi tələb edilibsə, vətəndaş çıxarışla birlikdə bələdiyyə orqanına gələrək həmin hissəsinin ödənişini ləğv elətdirə bilər.

Mövzu ilə əlaqəli ətraflı videomaterialı təqdim edirik: 

İcmal.Az

RƏYLƏR