Emomali Rahmon Bakıda nələri müzakirə edəcək?

OXUNUB: 34 SİYASƏT

Tacikistan prezidenti Emomali Rahmonun avqustun 10-11-də Bakıya rəsmi səfərindən sonra Tacikistan və Azərbaycan arasında əməkdaşlığın müqavilə-hüquq bazası artacaq.

İcmal.Az "Asia-Plus” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı respublikanın hökumətindəki mənbə məlumat verib. 

Mənbənin məlumatına görə, səfər zamanı Tacikistan prezidenti ilə azərbaycanlı həmkarı İlham Əliyev arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçiriləcək.

Emomali Rahmonun Azərbaycanın baş naziri və Milli Məclisin sədri ilə də görüşləri baş tutacaq.

Tacikistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri əlvan metallurgiya, kənd təsərrüfatı, enerji, yüngül sənaye, nəqliyyat və kommunikasiya sahələridir.

Bakıda əsas müzakirə mövzularından biri, şübhəsiz ki, tacik alüminiumunun Azərbaycan ərazisindən tranzit həcminin artırılması və Azərbaycandan Tacikistana alüminium üçün xammal (qlinozem) tədarükünün artırılmasıdır.

Ötən ilin statistik məlumatlara görə, iki ölkə arasındakı ticarətin həcmi təxminən 13 milyon dollar təşkil edib. 

Tacikistanla Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il mayın 29-da qurulub. Müqavilə-hüquq bazasını iqtisadi-ticarət, bank, vergi, mədəniyyət və investisiya sahələrində 40-dan çox saziş təmin edir. 

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}