Əmrah bu dəfə susa bilmədi - oğlunun cavabını verdi

OXUNUB: 1002 ŞOU-BİZNES
Müğənni Əmrah böyük oğlu Tayfun Ərdoğanın ittihamlarına sosial şəbəkə vasitəsilə cavab verib. 

Tayfun bu yaxınlarda Əmrahın kiçik qardaşı Elyasa ilə birlikdə paylaşdığı fotosuna bunları yazmışdı:
 
"Atamı görməyə getdim, məni qəbul etmədi. Həmən onun ardından qardaşımla bir foto paylaşdı, canım yandı. Yaşım neçə olursa olsun, mən də atamın qoynuna başımı qoymaq istəyirəm. Bu, qısqanclıq deyil. O da mənim qardaşımdır. Amma çətin günlər keçirirəm. Çox şeymi istəyirəm? Bilmirəm". 

Bu dəfə səssizliyini qoruya bilməyən müğənni Tayfunun bu sözlərinə Yunus Əmrənin misralarıyla cavab verib: 

"Ədəbim əl verməz ədəbsizlik edənə, Susmaq ən gözəl cavab ədəbi əldən gedənə...”./axsam.az
 
İcmal.Az

RƏYLƏR