“Əmrahbank”dan MÜDHİŞ FIRILDAQ: 77 yaşlı tənha qadının pullarını necə oğurladılar? – FİLM KİMİ HEKAYƏT

OXUNUB: 2691 GÜNDƏM HADİSƏ BANK
"Ömrü boyu halal zəhmətimlə qazandığım pullar "Əmrahbank” tərəfindən mənimsənilib. Hüquq mühafizə orqanları isə bu cinayəti ört-basdır edir”.

"BakuPost”ın məlumatına görə, bu sözləri Azərbaycanda fəaliyyət göstərən Rus İcmasının rəsmi üzvü, Bakı şəhər sakini Burlaçuk Qalina Aleksandrovna redaksiyamıza ünvanladığı şikayət məktubunda yazıb.

"Əlimdə olan pulu 2006-cı ildən başlayaraq,  "Əmrahbanka” yerləşdirməyə başladım”

Qalina Aleksandrovna məktubda  bildirir ki, həyat yoldaşı keçmiş SSRİ-nin Hərbi Dəniz Qüvvələrinin zabiti  olub, 1-ci dərəcəli kapitan (polkovnik)  rütbəsi daşıyıb, 1991-ci ildə naməlum şəraitdə Bakıda evində güllə yarasından həlak olub. Özünün isə hazırda 77 yaşı var, Azərbaycan vətəndaşıdır: "Mən  77  yaşlı xəstə, təqaüdçü qadınam. Mənim oğlum ömürlük əlildir və hazırda Rusiyada yaşayır”.

Daha sonra Q.Burlaçuk  qeyd edir ki,  həm qocalığı dövründə özünün tələbatını ödəmək, həm də əlil oğlunun gələcəkdə vərəsəlik hüququnu təmin etmək üçün ömrü boyu zəhmətilə qazandığı maliyyə vəsaitini banka yatırmağı qərara alıb: "Əlimdə olan pulu tanışlarımın məsləhəti ilə  2006-cı ildən başlayaraq hissə-hissə respublikada məşhur olan "Əmrahbanka” yerləşdirməyi qərara aldım.  Bunun üçün bankın Nəsimi filialına gələrək, filialın müdiri Əli adlı şəxsin imzası, bankın möhürü və mənə təqdim edilən kassa qəbzləri  ilə təsdiq edilmiş müqavilələr üzrə  2006-2008-ci illər ərəfəsində həmin filiala pul depozitləri yerləşdirdim. Bunun müqabilində mənə  əmanət kitabçaları verilmişdi. Həmin kitabçalarda bank filialının müdiri  mütəmadi olaraq gəlir faizləri barədə qeydiyyat aparırdı. Bankın həmin filialında işləyən əməkdaşları mənim banka gedib-gəlməyimin şahidləridir”.

"Filial müdiri məndən əmanət kitablarını və pulu alaraq özündə saxladı”

Q. Burlaçukun sözlərinə görə,  bankın filial müdiri onu aldadaraq, əmanət kitabçalarını əlindən alıb: "Növbəti dəfə 2008-ci ildə mən filiala gedib, yeni depozit hesabı açdırmaq fikrində olduğumu söylədikdə  müdir Əli Məhərrəmov mənə bildirdi ki, iş gününün sonu olduğu üçün növbəti gün gəlim. O, məndən əmanət kitablarını və pulu alaraq özündə saxladı. Mən onun səmimiliyinə inanaraq ondan özündə saxladığı əmanət kitabçaları barədə hər hansı qəbz tələb etmədim. Səhəri gün banka gələndə mənə bildirdilər ki, filial bağlıdır və onun müdiri isə guya məsuliyyətə cəlb edilib. 

Bununla əlaqədar "Əmrahbank”ın baş ofisinə müraciət etdim. Bankın mərkəzi idarəsinə  gələrək, orada əməkdaşa baş verənləri bildirdim.  Nəsimi filialında bağladığım müqavilələrin məndə olan əsas nüsxələrini ona təqdim etdim. O, məndən  həmin müqavilələri  alaraq bildirdi ki, yoxlama aparacaqlar, 3 gündən sonra oraya gəlim.  Bu halda da bankın əməkdaşı mənim onlara etibarımdan sui-istifadə edərək, mənə hər hansı qəbz vermədi. Mərkəzi filialın işçisinin səmimiliyinə inanaraq, sənədləri orada saxlayıb getdim. 3 gündən sonra  oraya gəlib, işin nəticəsi ilə maraqlananda çox təəccüblü bir mənzərə ilə qarşılaşdım. Həmin işçi mənə belə dedi: "Hansı sənədlərdən söhbət gedir, sizin bizdə heç bir sənədiniz yoxdur və bizim bankda  sizin depozitləriniz qeydiyyata alınmayıb”.
 


Həmin gündən mənim üçün "iztirablı qara günlər və yollar" başladı. 2008-2012-ci illərdə mən  "Əmrahbankın " rəhbərliyi ilə məsələni qanuni yolla həll etməyə cəhd göstərsəm də, bankın hər hansı rəhbər şəxsi ilə görüşməyə buraxmadılar”.

"Müstntiq cəmi 10 gün sonra  fakt üzrə cinayət işinin başlanmasını rədd etdi”

Q. Burlaçuk qeyd edir ki,  bütün bu cəhdlərindən sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: "Bununla əlaqədar 4 illik cəhddən sonra məcbur oldum ki,  Baş Prokurorluğa və Nəsimi RPİ-nə müraciət edim. Nəsimi RPİ-nin müstəntiqi C.İsgəndərov tərəfindən ərizəm əsasında aparılmış araşdırmanın nəticəsi üzrə 22.05.2012-ci ildə, yəni ərizə daxil olandan 10 gün sonra  fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi.

Həmin qərarın mövcudluğu barədə yalnız 2014-cü ildə məhkəmə prosesində vəkilim tərəfindən mülki işin baxılması zamanı polisdən alınan sənədlərlə tanışlıq zamanı xəbərimiz olub. Cinayət işinin başlanmasının rəddi  barədə qərarı  02.07.2012-ci ildə müstəntiq özünün adına ünvanlanmış  və guya, mənim tərəfimdən imzalanmış  Rusiya Federasiyasından göndərilmiş "faksoqrammaya "əsaslanaraq çıxarılıb.

Həmin faksoqrammada qeyd edilirdi ki, guya, mənim heç kimə qarşı şikayətim yoxdur, mənə çatacaq  vəsait tam ödənildiyinə görə xahiş etmişəm ki, ərizəm  üzrə başlanmış araşdırmaya xitam verilsin. 

Həmin faksa istinad edən müstəntiq C.İsgəndərov  guya, mənim ailə üzvlərimlə telefonla əlaqə yaratdıqdan sonra əmin olubmuş ki, mən həqiqətən respublikadan kənardayam və bununla əlaqədar həmin faksın doğruluğuna tam əmin olaraq qərar verib. Qeyd edirəm ki, mən Azərbaycanda tənhayam və  heç bir ailə üzvüm və qohumum ərim öləndən sonra Bakıda yaşamayıb. Bu fakt müstəntiqin fantaziyası əsasında quraşdırılıb. Halbuki müstəntiq əsil professional hüquqşünas biliyinə malik olsaydı və apardığı işin nəticəsinə əvvəlcədən maraqlı olmasaydı, mənim respublikada olmadığım halda, aldığı faksda qeyd edilən imzamın həqiqiliyinin və ya saxtalığının sübuta yetirilməsi üçün ən azı xətt ekspertizasının rəyini aldıqdan sonra qənaətə gələrdi.  

"Filial müdiri mənə bank əmanət kitabçaları verməsini etiraf edib”

Nədənsə müstəntiqin qənaətə gəldiyi və çıxardığı qərar mövcud prossesual qanunvericiliyin tələblərin əsasən  tanışlıq və  yoxlanılaraq təsdiq üçün rayon prokurorluğuna göndərilsə də, o vaxtlar prokurorluqda işləyən vəzifəli şəxs tərəfindən göstərdiyim xüsusatlar prokurorluğun diqqətini cəlb etməyib. 
Belə çıxır ki, müstəntiq C.İsgəndərov yoxlamanın yekunu üzrə 22.05.2012-ci ildə qərara gəlməmişdən əvvəl o, "öncəgörmə” xüsusiyyətinə malik olaraq bilirmiş ki, mən onun qəbul etdiyi qərardan ay yarım sonra, yəni 02.07.2012-ci ildə onun adına faks göndərəcəm və buna əmin olaraq həmin qərarı qəbul edib. 

Diqqəti cəlb edən odur ki, bankın 2009-cu ildə işdən içıxarılmış filial müdiri Ə.Məhərrəmov  istintaq zamanı müstəntiqə verdiyi yazılı izahatda məndən bankın daxilində pulları alaraq, banka depozitə mədaxil etdiyini, bunun əvəzində mənə bank əmanət kitabçaları verdiyini etiraf edib. Göstərib  ki, o, işdən çıxdıqdan sonra bütün sənədləri aktla banka təhvil verib və mənim əmanətlərimin qaytarılması məsələsinə bank cavabdehlik daşıyır”. 


 
"Müstəntiqin  saxtalaşdırılmalara yol verilməsi hakim tərəfindən aşkarlanıb”

Şikayətçi yazır ki, müstəntiqin iş üzrə qəbul etdiyi qərarında saxtalaşdırılmalara yol verilməsi faktı onun 2013-cü ildə Xətai rayon məhkəməsində banka qarşı iddia ərizəsinə baxılarkən hakim tərəfindən aşkarlanıb: "Bu barədə hakim xüsusi qərardad çıxararaq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərdi. Ancaq  2014-cü ildən bu günə kimi hakimin xüsusi qərardadı üzrə hansı tədbirlərin görülməsi barədə mən yazılı müraciətimə  cavab ala bilməmişəm.

Məhkəmə araşdırması nəticəsində rəsmi olaraq müəyyən edilib ki, faks polisə daxil olarkən mən respublikadan kənarda deyil, Bakı şəhərində olmuşam. "Əmrahbank”ın rəhbərliyi Xətai Məhkəməsində iddiamın təmin olunmasını və mənə çatacaq pulların qaytarılması öhdəliyini yerinə yetirmək istəmədi və qətnamədən apellyasiya şikayəti verdikdən sonra mənim işim üzrə 2014-2017-ci illər ərzində 3 dəfə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası əleyhimə qətnamələr qəbul etdi. Ancaq 2 dəfə Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən həmin qətnamələr ləğv edilərək, iş üzrə hər dəfə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının işə yenidən baxacaq hakim heyətinə obyektiv və qanunamüvafiq qərar çıxarılması istiqamətində tövsiyə və normativ xarakterli göstərişlər  verib. Ancaq həmin göstərişlər aşağı məhkəmə orqanı tərəfindən icra edilməyib”.

77 yaşlı qadın deyir ki, nəhayət  09 iyun 2017-ci ildə kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyasının  Hakim heyəti (sədr M. Əhmədova) özündən əvvəlki Ali Məhkəmənin Mülki Kollegiyalarının mövqeyinin  əksinə olaraq, cavabdeh bankın mövqeyini müdafiə edib: "Mənim iddia tələbimi rədd edərək, banka qarşı deyil,  bankın keçmiş işçisi- filial müdiri işləmiş Məhərrəmov  Əliyə qarşı iddia vermək hüququna  malik olmağım barədə qərar qəbul etdilər. Maraq doğuran odur ki,2013-2017-cı illər ərzində davam etmiş məhkəmə çəkişmələri zamanı cavabdeh qismində çıxış edən bank nümayəndələri sübutlar təqdim edərkən, məhkəmədə mənim əleyhimə ifadə verə biləcək potensial şahid kimin filialın keçmiş müdiri Ə.Məhərrəmovun məhkəmə zalına dəvət edilərək mənimlə və bank rəhbərliyi ilə  üzləşməsini, işə aydınlıq gətirilməsini istəməyiblər. Sonradan mənə məlum oldu ki, hətta mənim hüquqlarımı məhkəmədə təmsil edən vəkilim də bankın ona təsiri nəticəsində bu barədə müvafiq  vəsatət qaldırıb, Ə. Məhərrəmovun məhkəməyə çağırılmasını və dinlənilməsini məqsədəmüvafiq hesab etməyib. Bu hal bankın özünə məhkəmədə bəraət alması üçün əsas olub. 

Bütün baş verənlərdən sonra mən, 77 yaşlı tənha və xəstə qadın çıxılmaz vəziyyətə düşmüşəm. Mən başa düşə bilmirəm ki, əgər bankın rəsmi ştatda olan işçisi qanuna zidd hərəkətləri nəticəsində müştəriyə ziyan vurursa, belə halda hüquqi şəxs- yəni bank Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinin tələblərinə müvafiq olaraq öz işçisinin qanuna zidd hərəkətlərinə  cavabdehlik  daşımalı deyilmi?” 

Şikayətçinin sözlərinə görə, baş vermiş hadisələr və qanunsuzluqlar barədə bir çox instansiyalara, o cümlədən  Baş Prokurorluğa,  Ombudsmana, Korrupsiyaya qarşı mübarizə Komissiyasının sədrinə, Milli Məclisin rəhbərliyinə, Milli Məclisin komitəsədrlərinə, hətta Rusiyanın Azərbaycandakı  Səfirliyinə şikayətlər göndərib, lakin ona heç bir cavab verilmir:
 
 
"Səfirlikdən aldığım cavab məktubunda qeyd və tövsiyə edilir ki, mən bu barədə Respublika Baş Prokurorluğuna müraciət etmək hüququna malikəm. Ən maraqlısı odur ki, mənim bu günə kimi Respublikanın mötəbər orqanı hesab edilən Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədrinə müraciətimə cavab verilməyib. Həmçinin eyni məzmunda  Ədliyyə Nazirliyinə, Milli Məclisin  deputatlarına, komitə sədrlərinə,  Ali və Konstitusiya Məhkəməsinin sədrlərinə ünvanladığım müraciətimə adekvat reaksiya verilmir”. 
 


Daha sonra şikayətçi qadın yazır: 
"Hörmətli redaksiya!
Düşdüyüm çıxılmaz vəziyyətdə dəstək almaq məqsədilə sizə müraciət edirəm. Sizə yazdığım bu müraciətimin dərc olunacağına, şikayətimin Azərbaycan ziyalılarının, Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin üzvlərinin, Baş Prokurorluğun Kollegiya üzvlərinin, Milli Bankın və digər Mərkəzi İcra Hakimiyyəti orqanlarının rəhbərlərinin nəzərinə çatdırılacağına ümid edirəm . 
Düşünürəm ki, şikayətim dərc ediləndən sonra onlar baş verənlərə insani və hüquqi qiymət verəcək, məni əzablı yollara salan və qarşımda mənəvi günahları olan şəxslərin əməllərinə müvafiq hüquqi qiymət verəcəklər”. 

__________________________________________________________________
Şikayətçinin xahişini nəzərə alaraq, onun məktubunu rus dilində də təqdim edirik:

Уважаемый главный редактор!   
Я, член  "Русской общины" Хатаинского района, одинокая русская женщина, гражданка Азербайджана. Мне 77лет, вдова  капитана  первого ранга ВМФ СССР, который погиб от огнестрельного ранения в своей квартире в Баку при невыясненных обстоятельствах  в 1991 году. Я за всю свою жизнь честно зарабатывала  и копила денежные сбережения для обеспечения своей старости и наследства сыну, пожизненному инвалиду,  который проживает на территории Российской Федерации. Учитывая свой пожилой возраст, я в 2006-2008 годах решила доверить свои сбережения всеми известному АМРАХБАНКУ, который процветает день за днём. Деньги были вложены в качестве депозитов в Насиминский Инвестиционный филиал Амрахбанка в течение 2-х лет с 2006-2008 гг. на основании письменных договоров, заключённых в помещении банка во время рабочего времени и закреплённых печатью и штампами директора филиала. В 2008 году, когда я в очередной раз была в банке, чтобы сделать новый вклад, директор филиала по имени Али мне сказал, что сегодня конец рабочего дня, «пожалуйста, приходите завтра» и отобрал у меня сберегательные книжки. Я по наивности и доверию оставила их у него в надежде, что завтра  решу вопрос вложения нового депозита. На следующий день, придя в банк, увидела, что банк закрыт. Через несколько дней я узнала, что Насиминский филиал "Амрахбанка" был закрыт, а его директора якобы арестовали. Мне пришлось обратиться в центральный офис Амрахбанка, сотрудник отобрал у меня все представленные мною договора, заключённые с директором филиала и сказал, чтобы я пришла в банк через 3 дня. Я, поверив в его честность и порядочность, оставила ему все документы и, не взяв расписку, через 3 дня пришла в банк и там получила такой ответ: "О каких документах идёт речь? Никаких документов ваших у нас нет, ваши вклады у нас не числятся". С того дня у меня начались "хождения по мукам".
  С 2008 года по 2012 я по-человечески обращалась к руководству Амрахбанка, чтобы разрешить возникшее недоразумение, однако со стороны высшего руководства игнорировали мои обращения и даже на "порог" банка не подпускали.  Я вынуждена была обратиться в Генпрокуратуру и Насиминский РОВД г. Баку. В  ходе проведённой по моей жалобе проверки следователем полиции Насиминского РОВД  Д. Искендеровым  22.05.2012 г. было принято постановление об отказе возбуждения уголовного дела, ссылаясь на факсограмму, направленную якобы из территории России на его имя, датированную 02 июля 2012 года, где мою подпись подделывали. При этом следователь в своём постановлении указал, что якобы он, получив мою факсограмму, связался по телефону с моими членами семьи, проживающими в Баку, убедился в том, что действительно я нахожусь за пределами Республики и принял такое решение. Однако после смерти моего мужа в Азербайджане у меня и у покойного мужа родственников нет. При этом следователь в своём постановлении не указал с кем  из числа моих родственников и по какому  номеру телефона конкретно он вёл телефонный разговор. Следователь, являясь  юристом, не соизволил произвести почерковедческую экспертизу в целях установления подлинности моей подписи в указанной факсограмме. Вызывает недоумение то,  что, как следователь Д. Искендеров 22.05.2012 года заранее  смог предположить, что  02 июля 2012 года, т.е. через полтора месяца я буду направлять факсограмму? Отмечу, что бывший директор филиала  банка А. Магеррамов во время дачи объяснений следователю  Д. Искендерову в письменном виде подтвердил, что он, получив депозитные деньги в помещении банка от меня, оприходовал их в банк, а взамен мне выдавал сберегательные книжки.  После снятия  его с занимаемой должности в 2009 году, все документы он по актам сдал и за последствия по моим депозитам  ответственность несёт АМРАХБАНК. О наличии постановления об отказе возбуждения уголовного дела мне стало известно лишь в 2014 году во время судебных разбирательств от полученных материалов из следственного отдела Насиминского РОВД. Все подделки следователя Д. Искендерова были обнаружены в ходе разбирательства моего искового заявления в 2013 году в Хатаинском суде, где было установлено, что  я  из республики никуда не выезжала и находилась в Баку. Судья, удовлетворив мой иск, одновременно вынесла "особое определение" по факту подделки материалов в ходе расследования уголовного дела и оно направлено для реагирования в Генпрокуратуру Республики. Однако до сих пор об этом факте  Генпрокуратура  умалчивает, несмотря на мои обращения, никакой реакции и ответов я не получаю. Почему?! Мне неизвестно. После того, как "Амрахбанк" проиграл гражданский спор в Хатаинском суде, руководство банка предприняло попытку «доказать» свою «правоту» в споре через  Апелляционный суд, чтобы возложить ответственность на бывшего директора филиала Али Магеррамова. По моему делу трижды состоялось заседание Гражданской Коллегии Бакинского Суда, определения которых по  моим кассационным жалобам были дважды отменены Гражданской  Коллегией Верховного  Суда. Несмотря на предписания Верховного Суда для установления  истины и принятия правомерного решения по делу, дважды Гражданская Коллегия Бакинского Суда,  не выполнив эти предписания, игнорировала их исполнение.  Однако 09 июня 2017-ого года  Гражданская коллегия Верховного Суда, почему-то, не проявив принципиальность на сей раз, согласилась с неправомерным и незаконным постановлением Бакинского Апелляционного суда,  утвердив его. Вызывает недоумение тот факт, что на протяжении 2013-2017 годов в процессе неоднократных судебных разбирательств представители банка, участвовавшие в суде, ни разу не изъявили желание и не стали ходатайствовать перед судом, чтобы бывший директор филиала А. Магеррамов явился в суд и дал объяснения на предмет разбирательства. Мой адвокат также не проявлял инициативу перед судом  в этом направлении, тем самым было создано благоприятное юридическое условие для банка выиграть спорное дело.  После всего, я, 77 летняя больная и одинокая женщина нахожусь в безвыходном правовом положении. Мне не понятно, если штатный работник банка  в помещении банка во время исполнения должностных обязательств допускает правонарушения (деликт), тем самым наносит ущерб клиенту, то в этом случае разве банк согласно требованиям  ст. 1099 Гражданского Кодекса не несет юридическую ответственность за содеянное своего  сотрудника?! Так гласит требование Закона. А чем руководствовались при рассмотрении моего гражданского дела наши уважаемые высококвалифицированные юристы высших  судебных инстанций? А может быть существует еще другой мне неизвестный теневой Кодекс права?! Все мои обращения в разные инстанции, в том числе Президенту, Генпрокурору, Омбудсмену, в Комиссию по борьбе с коррупцией при Президенте, Милли Меджлис и его Комитетам (депутатам А. Гусейнли, Б. Мурадовой, А. Рагим-Заде и другим), в том числе по национальному признаку в Посольство РФ в Азербайджане остаются без рассмотрения. Из Посольства мне разъясняют, что я должна обратиться за установлением законности в моём деле к Генпрокурору Азербайджана. Следователь Главного Управления по борьбе с коррупцией при Генпрокуроре Республики Мехман Гумбатов, в ведении которого в настоящее время находится производство уголовного дела 160070007-2016 г.,  возбуждённого в Насиминском РОВД по факту хищения денежных средств моих  и других  лиц в Амрахбанке, при  встрече со мной открыто заявляет, что " жалуйся куда хочешь,  даже самому Господу Богу−всё равно  ничего у тебя не получится". О неправомерном и высокомерном обращении следователя М.Гумбатова  я сообщила письменно во все инстанции (копии обращений и почтовых квитанций могу предъявить), но никто не отвечает на мои жалобы. С мая 2018 года следователь М. Гумбатов, который лично подчиняется Генпрокурору господину З. Гаралову, уголовное дело за №160070007-2016г. не расследовал и вопреки УПК Азербайджана моего адвоката по ордеру не допускает к представлению доказательств по делу. О незаконных действиях  следователя я и мой адвокат письменно обратились следователю, его начальству, лично к Генпрокурору, однако результатов нет. Не понятно, почему следователь Гумбатов в страхе законспирировано расследует указанное уголовное дело, которое неизвестно по каким соображениям было изъято из прокуратуры Насиминского района в мае 2008 года. Хочу отметить, что за 8 лет расследования этого уголовного дела ни один следователь по принятым процессуальным решениям  мне, как потерпевшему по делу, ответов и постановлений для сведения не направлял, тем самым лишили меня Конституционного права подачи  жалобы. Самым странным является то, что мои обращения к Председателю такого авторитетного органа, которым является Комиссия по борьбе с коррупцией и его отдельным членам состоящих из числа силовых Министров и Юстиции, депутатов Милли Меджлиса и высших судебных инстанций, остаются без внимания. Все обращения направляются исполнителю Мехману Гумбатову, играющему роль" Бермудского треугольника" в моём деле. 

Уважаемый Главный редактор! Хочу и верю в  Ваше пристрастие и многочисленную аудиторию читателей и убедительно прошу опубликовать это моё обращение для доведения ее до сведения и внимания Азербайджанской интеллигенции, Коллегии Адвокатов Республики, Министра Юстиции, членов Верховного Суда, Коллегии Генпрокуратуры, руководству Милли Банка и других соответствующих должностных лиц Исполнительной Власти Республики для  реагирования и морального осуждения незаконных действий  лиц, которые заставили меня "ходить по мукам" в течение 11 (одиннадцати) лет, не выполнив требований Закона. Прочитав  мое  настоящее обращение, эти лица при рассмотрении моих дальнейших заявлений на их имя отнеслись бы к ним исходя из принципов мультикультурализма и  толерантности, соблюдали Основной Закон (Конституцию Азербайджана), архитектором которого является Общенациональный Лидер и духовный отец азербайджанцев, выдающийся общественный и политический лидер современности ГЕЙДАР АЛИЕВ и продолжателем наследия которого является мною уважаемый Президент Ильхам Алиев.

 С уважением и надеждой,
 жительница Хатаинского района, гражданка Азербайджана,
 член Русской Общины, 
77-летняя вдова офицера, погибшего в 1991 году в Баку,  
Бурлачук Галина Александровна
 
Qeyd: İttihamlarla bağlı "Əmrahbank"ın mövqeyini öyrənməyə çalışsaq da, mümkün olmadı. Qarşı tərəfin fikirlərini yayınlamağa hazırıq.



 
 
ŞƏRH YAZ
 

"Prezident İlham Əliyevdən üzr istəyirəm" - Fədayə Laçının MƏHKƏMƏSİNDƏN

 51
 

 

 

Xüsusi təyinatlı vaqondan criminal avtoritetlərin qaçmasına kömək etməkdə təqsirli bilinərək həbs edilən müğənni Fədayə Laçın və daha 12 nəfərin şikayəti əsasında məhkəmə davam edib.

 

Bakupost.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə konvoy taborunun sabiq komandiri Bəhruz Abdullayev çıxış edib. O deyib ki, dəstə başçısı kimi təqdim olunması ona təsir edir: "21 illik xidmət dövrüm var. Həmişə sədaqətlə xidmət etmişəm. Şərəfimə, ləyaqətimə, xəyanət etməmişəm. Onu qeyd edim ki, heç zaman Fadəyə Laçının "Qoca" ilə görüşməyinə icazə verməmişəm.Etibara hər zaman kinim olub. O, 1998-ci ildə "mololetka"da 3 nəfərlə birləşib bizim əməkdaşımızı öldürüb. Mənim elə bir cinayətkarın kimləsə qanunsuz görüşməsinə, qaçmasına necə şərait yaratdığımı düşünürsünüz? Mənliyimi, 21 illik namuslu xidmətimi ləkələmərəm. Dəfələrlə xidmətimə görə dövlət mükafatları almışam. Sadəcə, məni mütəşşəkil dəstənin başçısı kimi təqdim etmələri yandırır.Komandır kimi həbs edə bilərdilər.Amma bu ittihamlarla yox. Məni rüşvətxora, şərəfsizə, ləyaqətsizə bənzətməsinlər. Mən dövlətimizə, prezidentimizə, komandirlərimə xəyanət etmərəm"

 

Həbsdə olan polkovnik çıxışının sonunda baş verən hadisəyə görə prezident İlham Əliyevdən və komandirlərindən üzr istəyib və bağışlanmasını istəyib.

 

Proses aprelin 22-də davam edəcək.

 

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.


 
 
ŞƏRH YAZ
 

Suraxanıda yol tikintisinə 3 milyon manat ayrıldı

 61
 
 
Bakının Suraxanı rayonunda yol tikintisinə 3 milyon manat pul ayrılıb.
 
Bakupost.az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
 


 
 
ŞƏRH YAZ
 

Tanınmış ekspert Elinanın ölümünün günahkarlarını açıqladı - SƏRT AÇIQLAMA

 132
 
 
"Ölkədə fəaliyyət göstərən 4500 orta məktəbin çox sayda direktoru ancaq bir məqsəd üçün çalışır; özünün maddi vəziyyətini düzəltmək, özünün hegemonluğunu möhkəmləndirmək". 
 
Bakupost.az-ın məlumatına görə, bu sözləri tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O, 162 nömrəli orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə kimin günahkar olduğu barədə danışarkən belə deyib. 
 
Ekspert bildirib ki, bu gün təhsili, məktəbi nüfuzdan salan elə məktəblərdə çalışanlardır: "Çünki onlar üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər. 
Məktəbin direktoru tabeliyində olan bütün şagirdləri tanımalı, onlar haqqında məlumata malik olamalıdır. Amma biz belə bir direktoru ancaq Türkiyədə görə bilərik. Hadisə baş verəndən sonra belə, məktəb direktoru təhsili, məktəbi, şagirdi qorumağa çalışmadı, öz vəzifəsini qorumağa çalışdı. Mübarizəsi ancaq özünün kreslosunu qorumaq idi. "Nə olur-olsun, günah ancaq öləndədir" prinsipini rəhbər tutaraq, hətta ölənin arxasınca, bu ölən azyaşlı qız uşağı olmasına baxmayaraq, ən iyrənc addımları belə atdı".
 
K.Əsədovun sözlərinə görə, baş verən hadisə əslində bütün direktorlara dərs olmalıdır ki, şagirdlər onlar üçün təkcə gəlir mənbəyi deyil, onlardan ancaq qazanc əldə etmək olmaz, həm də onlara görə vəzifəni, azadlığını belə itirə bilərsən: "İnsanlar sizə övladlarını etibar edir, əmanət edir, əmanətə xəyanət etmək olmaz".
 

Ekspert həmçinin Elinanın sinif rəhbərinin də günahkar olduğunu deyib: "Sinif rəhbəri günahkardır. Çünki o rəhbəri olduğu sinifi beş barmağı kimi tanımalı, bilməli idi və mütəmadi olaraq onlarla fərdi qaydada işləməli idi. Bu gün sinif rəhbərləri ancaq bayramlar üçün pul yığmaq, dərsə gəlməyən şagirdlərdən, qiyməti aşağı olan şagirdlərdən aylıq pul yığmaqla məşğuldurlar. Məktəbin psixoloqu da günahkardır. Çünki o, şagird barədə məlumata malik deyil. Bu əslində, orta məktəblərdə psixoloq xidməti göstərən hər kəsə aiddir. Onlar ancaq əmək haqqı davası edirlər. Deyirlər ki, əmək haqqımız azdır. Sizin əmək haqqınız azdır deyə, camaatın balası ölməlidir?  Şagirdlər arasında psixoloji test tapşırıqları keçirmək lazımdır, onlara psixoloji dəstək vermək lazımdır. 
Yoxsa sizə problemini deyən şagirdi direktora, valideynə xəbərlərəmək lazım deyil". 
 
K.Əsədovun fikrincə, orta məktəblərdə şagird müəllim, şagird direktor, şagird psixoloq münasibətləri pozulub: "Bu gün orta məktəbdə ayaqyolunda, məktəbin tinində siqaret çəkən nə qədər şagird var, üzərində bıçaq gəzdirən nə qədər şagird var. Amma onlarla bağlı heç bir fəaliyyət yoxdur. 
Məktəblərin yaxınlığında ət kəsimi yerləri, kafelər, çayxanalar, internet klublar var. Onların hər biri təsir göstərir şagirdlərə".

Ekspert Elinanın ölümündə Təhsil Nazirliyinin də günahkar olduğunu bildirib: "Çünki onlar məktəblərdən daxil olan şikayətləri araşdırmırlar. Ümumiyyətlə, təhsil nazirliyi vətəndaş müraciətlərinə baxmır. İndi də yeni qaynar xətt xidməti yaratmaq istəyirlər. Yenisini yaratmağa ehtiyac yoxdur, hazırda mövcud olana diqqət yetirmək lazımdır. Hadisələrə operativ reaksiya vermək lazımdır, hadisə baş verən kimi orda olmaq, təhsil alanının, təhsil verənin yanında olmaq lazımdır.  Amma Elina hadisəsində biz təhsil nazirliyindən bunu görmədik. Biz ancaq hadisə və problemlərdən qaçan, onu gözlədən, özünü qorumaq istəyən təhsil nazirliyi gördük.  Ölkədə bu tipi, problemli kifayət qədər məktəb, direktor, şagird var. İndi onlarda bu yolu tutsun ki, siz onlara diqqət ayırasınız? Təhsil nazirliyi ictimaiyyət nümayəndələrinə, obyektiv jurnalistlərə, ekspertlərə qapılarını bağlayıb. Onlarla birlikdə problemin həllini tapmaq üçün müzakirələr aparılmır. Siz kiməsə giriş qapısını bağışlayırsızsa, sizin üçün çıxış qapısı açılır deməkdir".

RƏYLƏR