“Ən fəal diaspor sədri” sorğusuna start verildi – SƏSVERMƏ BAŞLADI

OXUNUB: 28 GÜNDƏM index-manşet

"Ən fəal diaspor sədri” sorğusu ilə əlaqədar www.ASGA.az saytında səsvermə başlayıb.

Azərbaycan öz iqtisadi və hərbi potensialına və uğurlu xarici siyasətinə görə, regionda lider ölkəyə çevrilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün, məqsədyönlü siyasət və bu siyasətin tərkib hissəsi olan diaspor siyasəti öz müsbət nəticəsini verməkdədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız güclü, qüdrətli bir dövlətə çevrilib. Dövlətimizin gücü həm də xaricdə yaşayan soydaşlarımızdan aslıdır. Dünyanın dörd bir yanına səpələnmiş həmyerlilərimiz ölkəmizin maraqları uğrunda ciddi işlər görməkdədirlər.

Sevindirici haldır ki, bir çox həmyerlimiz xaricdə güclü diaspor və lobbi təşkilatları qurmağı bacarıblar. Onlardan bəziləri Azərbaycan üçün real olaraq ciddi işlər görməkdədirlər.

Azərbaycan Slavyan Gəncləri Assosiyasiyası və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin təşkilatçılığı "Yeni Çağ” Media Qrupu, Vətəninfo.az və Azxeber.com-un informasiya dəstəyi ilə "Hansı diaspor sədri Azərbaycan adına böyük işlər görür?” başlığı ilə sorğuya start verir.

Keçiriləcək sorğunun əsas məqsədi dünya azərbaycanlılarının diqqətini bir mərkəzə yönəltmək, görülən işlərə qiymət vermək, tanınmış ziyalılarımızı və diaspor liderlərini həmvətənlərimiz arasında təbliğ etməkdən ibarətdir.

Sorğuda ən fəal diaspor sədrləri iştirak edəcək və qalib olan diaspor sədri xatirə olaraq "İlin ən uğurlu diaspor lideri” plaketi və yeni təsis edilmiş "Həmrəylik” döş nişanı ilə təltif olunacaqdır.

 

Qeyd: Səsvermə noyabr ayının 20-dəndekabr ayının 20-ə qədər www.asga.az (üzərinə klik edin) saytında davam edəcək.

Sorğuda iştirak edən diaspor sədrləri aşağıdakılardır:


 

ƏN FƏAL DİASPOR SƏDRİNİ SƏS VERƏRƏK SEÇİN:

1) Fizuli Məmmədov - Rusiya Azərbaycanlıları İttifaqı

2) Mirvari Fətəliyeva – "Paris Azərbaycan Evi”

3) Tomris Azəri - Amerika-Azərbaycan Cəmiyyəti

4) Arye Qut - "Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatı

5) Mübariz Mənsimov - İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyi

6) Sənəm Əliyeva Estoniya Azərbaycan İcması

7) Mehriban Sadıqova Rusiya Azərbatcanlıları Milli Mədəni Muxtariyatı

8) Bülənt Gürcam - Belçika Azərbaycan Evi

9) Hikmət Cavadov - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu

10) Bilal Dündar - Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası

11) Natiq Bağırov - Belarus Azərbaycan İcmaları Konqresinin

12) Vüqar Novruzov - Moldova Azərbaycanlıları Konqresi

13) Münəvvər Vahabova - Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti

14) Seymur Nəsirov - "Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi

15) Aygün Həsənoğlu - Azərbaycan Təhsil və Kültür Dərnəyi

16) Niyazi Hacıyev - "Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi

17) Əli Bədirov - Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası

18) Fərid Cəfərli - Polşa Azərbaycanlıları Birliyi

19) Əlibaba Əsgərov - "Qeyrət" Xalq Hərəkatı

20) Nüsrət Məmmədov - Türkdilli dövlətlərin siyasətinə dəstək fondu

RƏYLƏR