Ən məşhur xəbər proqramı bağlandı - İsraildə şok - VİDEO

OXUNUB: 1058 DÜNYA
Bağışlayın məni, amma sizə çox pis xəbərim var. Proqramımızı bağlayırlar. Nə edəcəyimi, nə deyəcəyimi bilmirəm.
İsrailin dövlət televiziya kanalı olan "1-ci kanal"ın ən məşhur xəbər proqramı sayılan "Mabat LaHadashot" ("Xəbərlərə baxış") qapadılıb.

İcmal.Az Ediot Ahronot-a istinadən bildirir ki, 1968-ci ildən bəri efirdə olan xəbər proqramının qapadılması barədə telekanala rəsmi açıqlama "Mabat LaHadashot" efirdə olarkən çatdırılıb.
 


Bu xəbər proqramın aparıcısı Qeule Even üçün şok effekti yaradıb.

Ekspertlər hesab edirlər ki, proqram İsrailin baş naziri Binyamin Netanyahunun göstərişindən sonra qapadılıb. Rəsmi açıqlamada isə bu qərarın "dövlət teleradio məkanında köklü islahatların bir hissəsi" olduğu vurğulanır.

Proqramın bağlanmasına İsrailin Teleradioyayım Şurası qərar verib.

İsrail Knessetinin (ölkə parlamenti) yaydığı açıqlamada isə bildirilir ki, "Mabat LaHadashot" daha müasir, yeni və effektiv proqramla əvəz olunacaq.

İsraildə özəl telekanallar çox olsa da, səhər və günorta saatlarında əsas buraxılışları ilə efirə çıxan "Mabat LaHadashot" tamaşaçılar arasında çox populyar idi.

Proqramın yüzlərlə əməkdaşı işsiz qalıb. Onların bəziləri proqramın başa çatmasına az qalmış Qeule Evenin ətrafına toplaşaraq İsrailin himni olan "Atikva"nı oxuyublar.

Xatırladaq ki, ABŞ-da prehident Donald Tramp İctimai Televiziya Korporrasiyasına (Corporation for Public Broadcasting, CBP) dövlət büdcəsindən pul ayrılmasını dayandırılmasını təklif edib. Belə olarsa, PBS və NPR telekanalları ilə eyniadlı radiostansiyalar bağlanacaq.
Videonu izləmək üçün şəklə klikləyin:
Ən məşhur xəbər proqramı bağlandı - İsraildə şok


RƏYLƏR