“Ən yaxşı Biznes Layihəsi” seçilən “Motivator Azerbaijan”-nın Azərbaycanda Biznesin inkişafında rolu və layihənin təsisçisi Rüfət Həsənovun qısa uğur hekayəsi

OXUNUB: 945 MARAQLI

2019-cu ilin "Ən yaxşı Biznes Layihəsi” seçilən "Motivator Azerbaijan”-nın Azərbaycanda Biznesin inkişafında rolu və layihənin təsisçisi Rüfət Həsənovun qısa uğur hekayəsi.

 

Motivator layihəsi "Luxury Global Awards 2019” mükafatlandırılma mərasimində ilin "Ən Yaxşı Biznes Layihəsi" adına layıq görülmüşdür.Adından da məlum olduğu kimi "Motivator"layihəsi - insanları hər zaman məqsədlərinə çatmağa yönləndirir və heç vaxt geri çəkilməməyə səsləyir.Təsisçiliyini biznesmen Rüfət Həsənov etdiyi "Motivator” layihənin əsas məqsədi Azərbaycanda biznesin inkişafı,”startup” layihələrə dəstək,gələcəkdə böyük kütlələr üçün motivasiya,planlama və uğurlu gələcək haqqında təlimlər və seminarlar keçmək,forumlar təşkil etmək,həmçinin insanlarda olan xüsusi istedadları ortaya çıxarmaqdır.Dünya praktikasında məşhur olan bu biznes layihə ölkəmizdə müxtəlif sahələrdən olan uğur qazanmış şəxslərin video bloqunu çəkməkdədir.Yaxın gələcəkdə ölkə xaricində Bizneslə məşqul olan uğurlu iş adamlarının həyatı haqqında verilişlər hazırlamağı planlaşdıran komandada yalnız öz işinin peşəkarları çalışır və çəkilişlər standartlardan kənar formatda(freestyle) həyata keçirilir.

Layihə haqqında ətraflı məlumat almaq üçün Youtube-da "Motivator Azerbaijan” kanalına abunə olun və ən son məlumatları ilk Siz əldə edin.

İnstagram və facebook isə "motivator.az” .

 

 

İndi isə təsisçi Rüfət Həsənovun keçdiyi çətin həyat yolundan bəhs edək.

01.09.1985-ci ildə dünyaya gələn Rüfət Nazim oğlu Həsənov məktəb illərində həm təhsili ilə,həmdə həmyaşıdlıları arasında xüsusi aktivliyi ilə seçilirdi.

Təhsilini "Gömrük işinin təşkili” üzrə alaraq ilk işinə Bakıda yerləşən restoranların birində süfrəçi(ofisiant)olmaqla başlamışdır.Öz işini nizam-intizamla,məhsuliyyətlə və əzmkarlıqla yerinə yetirən Həsənovun qısa müddətdə vəzifəsi artmışdır. O,daha sonra şəxsi sürücü,xırda ticarət və topdan satışlada məşqul olmuşdur .

Qəhrəmanımız ümidini itirməyərək hər şeyin onun həyatında daha yaxşı olacağına inanırdı.

İlk rəsmi işinə 2008-ci ildə Amerikanın Kirby şirkətinə müraciət edərək başlamışdır.Həmin şirkətdə 2014-cü ilədək fəaliyyət görsədərək sıra ilə satıcı,baş satıcı,qrup rəhbəri,kadrlar şöbəsi mütəxəssisi,filial müdiri vəzifələrində çalışmışdır.

2009-cu ildə işləri çox uğurla gedən Rüfət Həsənovun paralel olaraq öz biznesini qurmaq fikirləri formalaşırdı. Beləliklədə 2010-cu ildə Rüfət bəy öz möhtəşəm ideyasını həyata keçirərək Sintra su filtri şirkətinin əsasını qoyur. Onun əzmkarlığı və özü şəxsən təlim keçdiyi peşəkar işçi heyyəti sayəsində bu şirkət öz sahəsində şübhəsiz lider olaraq ölkəmizdə tanınmaqdadır.

Yeni layihələri və fikirləri bitib tükənməyən Rüfət bəy ilk öncə "Surə Su”,daha sonra "Jafarli Wedding Group” ve yuxarıda bəhs etdiyimiz "Motivator” layihələrini də reallığa çevirmişdir.

Yenilikləri, kəşf etməyi sevən Rüfət bəy biznes və marketinqlə bağlı dünyanın 10-dan artıq ölkəsində təlimlərdə iştirak etmiş,həmdə satış və peşəkar biznes idarəçilik təlimləri keçmişdir.

Rufət Həsənovun hər zaman istifadə etdiyi ifadə var:"Heç vaxt həyatda çətinliklərə görə arzularından əl çəkmə.Əgər çalışsan mütləqdirki, ona nail olacaqsan.İstəyimizə çatmaq üçün çoxlu çalışmaq və güclü iradə lazimdir"













RƏYLƏR