Çənəsi sındırılan azərbaycanlı aktyor: Hələ də sağalmamışam

OXUNUB: 837 ŞOU-BİZNES

Avqustun 20-də Sumqayıtda kütləvi dava zamanı çənəsi sındırılan Bələdiyyə Teatrının aktyoru, bir çox serialların baş qəhrəmanı Elxan Rzahələ də sağalmayıb.

İcmal.Az xəbər verir ki, Yenicag.az-a açıqlama verən aktyor müalicəsini ev şəraitində davam etdirdiyini bildirib.

"Hələ dcmalə sağalmamışam. Çənə və ağız ətrafı sinirlər tam bərpa olunmayıb. Çənənin sağalması bir il çəkir, sinirlərin bərpası isə 6 ay. Teatrımız yubiley ərəfəsindədir. Tədbirlər olmalıdır, yayboyu necə böyük həvəslə hazırlaşırdım, amma bu hadisə ortaya düşdü. Artıq yeni mövsüm başlayıb. Yeni tamaşalarda oynaya bilməyəcəyəm. Çünki gəzə bilmirəm, havaya çıxan kimi sınıq yerində ağrılar olur. Mütəmadi həkim nəzarətindəyəm. Bir gündən bir xəstəxanaya gedib-gəlirəm”, - deyə o bildirib.

İcmal.Az

RƏYLƏR