Ərdoğan: ABŞ dünyaya yalan danışır

OXUNUB: 708 DÜNYA

"ABŞ rəsmiləri - İstanbul konsulluğunun həbs olunmuş əməkdaşı ilə görüşə bilmədiklərini deyənlər yalan danışırlar".

İcmal.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib. 

Ərdoğan əlavə edib ki, ölkəsinin tərəfdaşı olan dövlətlərin riyakarlığı onu ciddi narahat edir: "ABŞ bütün dünyaya yalan danışır. Heç kim onun həbsindən sonra konsulluğunun əməkdaşı ilə görüşmək istəməyib. Onlara sənəd lazımdır? Onu XİN deyil, məhkəmə verəcək. Təkbətək görüşlərdə vədlər və təminatlar verirlər. Lakin arxamızca gizlədilməsi mümkün olmayan mümkün çirkin oyunlar aparırlar".

İcmal.Az

RƏYLƏR