Ərdoğan ABŞ-ın Afrinlə bağlı açıqlamasına sərt reaksiya verib

OXUNUB: 653 DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 23-də hakim Ədalət və İnkişaf Partiyasının əyalət sədrlərinin genişləndirilmiş toplantısında ABŞ Müdafiə Nazirliyinin Afrinlə bağlı açıqlamasına sərt reaksiya verib.

 Ərdoğan ABŞ komandanlığını vicdansız və əklaqsız yanaşmada ittiham edib.

"Biz mülki şəxs və terrorçuları ayırmasaydıq, Afrinə tam nəzarət çoxdan təmin edilmişdi. Biz onları əvvəlcə özlərinin təlim keçdikləri terrorçuların qətl etdikləri, evlərindən qovduqları mülki şəxslərə sahib çıxmağa çağırırıq. Biz terrorçulara dəstəyə görə onları qınamaqdan utandıq, ancaq onlar hələ utanmırlar. ABŞ-da bir qurumun dediklərini o biri qurum təkzib çatır. 

Məsələn, biz Menbiçlə bağlı çoxsaylı sənəd və görüntüləri önlərinə qoyanda bizim haqlı olduğumuzu deyirlər, ancaq bizimlə görüşdən sonra yenə yalanlar söyləyirlər. Bizi terror təşkilatına pulu, silahı kimin verdiyi maraqlandırır. ABŞ dövlət büdcəsindən terrorçulara 500 milyon dollar dəstək verəndə onlara haqlı olduqlarını deyəcəyik?! Bu yay həm terrorçular, həm də onları dəstəkləyənlər üçün çox isti keçəcək. Öncə Menbiçi PYD/YPG terrorçularından təmizləyəcəyik. Sonra Fərat çayının şərqini suriyalılar və Türkiyə üçün təhlükəsiz edəcəyik”./oxu

İcmal.Az

RƏYLƏR