Ərdoğan: ABŞ komandanlığı hələ Osmanlı şapalağı görməyib

OXUNUB: 621 DÜNYA

ABŞ komandanlığı hələ Osmanlı şapalağı görməyib.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat verib.

 Ərdoğan Türkiyə kimi, ABŞ-ın da NATO nizamnaməsinin tələblərinə əməl etməli olduğunu bəyan edib.

"Bütün NATO ölkələri və ABŞ bərabər hüquqlara malikdir. Tezliklə ABŞ dövlət katibi bura gələcək və onunla danışacağıq”, – deyə Türkiyə lideri bildirib.

Türkiyə Silahlı Qüvvələrinin Mənbicdə kürdlərə qarşı hərbi əməliyyatlar başlayacağı təqdirdə sərt əks-hücumla qarşılaşacaqları ilə bağlı ABŞ hərbi komandanlığının bəyanatını şərh edən zaman Ərdoğan bu sözləri deyib.

"Sərt əks-hücum barədə danışanlar, sadəcə, həyatlarında heç vaxt Osmanlı şapalağı  görməyib”.

Qeyd edək ki, Türkiyə prezidenti öz çıxışlarında dəfələrlə Türkiyə ordusunun Mənbicə daxil olacağı və onu terrorçulardan təmizləməyə hazırlaşdığı barədə danışıb. ABŞ hərbi komandanlığı belə olacağı təqdirdə, Türkiyənin sərt əks-hücumla üzləşəcəyini bildirib./oxu

İcmal.Az

RƏYLƏR