Ərdoğan azərbaycanlı idmançıya: “Səni doğan anaya halal olsun” - VİDEO

OXUNUB: 884 SOSİAL
İyulun 10-da Bakıda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şəhidlər xiyabanına ziyarəti zamanı maraqlı anlar yaşanıb.
 
İcmal.Az xəbər verir ki, burada kikboks üzrə 9 qat Dünya Cempionu, 3 qat Avropa Cempionu, Fövqəladə Halar Nazirliyinin əməkdaşı, mayor Araz Musayev Ərdoğanla görüşüb. İdmançı bildirib ki, Azərbaycan və Türkiyə uğrunda şəhid olmağa hazırdır: "Bax gördüyünüz bu xiyaban ki var, sizin bir əmrinizlə burada yatmağa hazıram”.
 
 
Səmimi şəraitdə keçən görüş zamanı Ərdoğan azərbaycanlı idmançıya: "Səni doğan anaya halal olsun, ona salam söylə” deyərək, ehtiramını ifadə edib.
 
Həmin görüntüləri təqdim edirik:
 


 
İcmal.Az

RƏYLƏR