Ərdoğan bu gün Azərbaycana gəlir

OXUNUB: 586 SİYASƏT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya gələcək.

İcmal.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Ərdoğanın təyyarəsi səhər saatlarında Heydər Əliyev beynəlxalq hava limanına eniş edəcək.

Səfər çərçivəsində Türkiyə prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüş keçirəcək.

Ərdoğan Bakıdan birbaşa Şimali Kipr Türk Respublikasına, iyulun 11-də isə Brüsselə yollanacaq. Türkiyə prezidenti iyulun 11-12-də Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək. 

İcmal.Az

RƏYLƏR