Ərdoğan canlı yayımda AÇIQLADI: "ABŞ yenə məyus oldu"

OXUNUB: 81 DÜNYA

Türkiyənin israrlı təzyiqlərindən sonra Birləşmiş Millətlət Təşkilatının idarə heyəti Fələstinlə bağlı qanun layihəsini müzakirə etmək üçün xüsusi toplantı keçirib.

İcmal.Az xəbər verir ki, toplantıda ABŞ tərəfindən BMT Təhlükəsizlik Şurasında veto qoyulan Fələstin xalqının qorunmasını tələb edən qanun layihəsi təkrar müzakirəyə çıxarılıb və səsverməyə qoyulub.

Layihə 120 səslə qəbul edilib. 8 ölkə yenidən qarşı çıxıb, 45 ölkə isə bitərəf qalıb.

Çıxan qərarda BMT-nin baş katibindən mövcud durumu analiz edib, sözügedən layihənin qəbul edilməsindən sonra 60 gün ərzində İsrailin işğalı altında olan Fələstində dinc sakinlərin qorunması, təhlükəsizliyi və rifahı üçün işlərin görülməsi ilə yanaşı, beynəlxalq qoruma mexanizmləri ilə bağlı tövsiyələrin də olduğu yazılı hesabat təqdim etməsi tələb olunub.

BMT-nin Fələstin xalqı üçün qoruma tələb edən qərarı qəbul etməsini canlı yayımda ona gələn bir notla öyrənən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunları deyib: "Fələstində dinc sakinlərin qorunması ilə bağlı Təhlükəsizlik Şurasında ABŞ-ın veto qoyduğu qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının idarə heyətində 120 səslə qəbul edilib. 8 rədd, 45 bitərəf. ABŞ yenə məyus oldu”.

İcmal.Az

RƏYLƏR