Ərdoğan ilə Trampın görüşünün tarixi açıqlandı

OXUNUB: 927 DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı lider Donald Tramp ilə görüşmək üçün Vaşinqtona mayın 16-da səfər edəcək.  

İcmal.Az xəbər verir ki, bu barədə ABC Ağ evə istinadən məlumat yayıb. 

"Prezident Donald Tramp Türkiyə prezidenti Ərdoğanı Ağ evdə mayın 16-da qəbul edəcək. 
Liderlər gələcəkdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yollarını və terrorizm ilə mübarizədə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcəklər”, - məlumatda deyilir. 

Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın suriyalı kürdlərin silahlandırma qərarının onun Vaşinqtona səfərinə qədər dəyişəcəyinə ümid etdiyini bəyan etmişdi. 

İcmal.Az

RƏYLƏR