Ərdoğan: İqtisadi hesablaşmalarda milli valyutaya keçəcəyik

OXUNUB: 602 SİYASƏT

Azərbaycanla müştərək işləməyə davam edəcəyik. Bu məsələdə qərarlıyıq. 

İcmal.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

O qeyd edib ki, iki ölkənin ən böyük layihəsi olan TANAP-ın yaxın zamanda açılışı olacaq:

"Bu da dünyaya müjdəmiz olsun. İnşallah, iyun ayının əvvəlində açılış mərasimi olacaq. Cənubi Qaz Dəhlizinin vacib hissəsi olan TANAP bütün Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycan Türkiyədə ən böyük investordur.

İqtisadi və  ticari əlaqələr daha da inkişaf etdiriləcək. Bu gün vacib bir addım atdıq. Gələcəkdə yeni layihələr həyata keçirəcəyik. Təbii ki, bunlardan ən önəmlisi iqtisadi sferada yerli ve milli valyutaya keçiddir”.

İcmal.Az

RƏYLƏR